 |
Şrift : |
|
 |
Tarix : | 24-10-2011, 12:44 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 170 dəfə |
Like : |
|
Like : |
|
|
Qurban Yetirmişli: “Hazırda Azərbaycanda seysmoloji vəziyyət normaldır”
Türkiyənin Van şəhərində 7.2 bal gücündə baş verən dəhşətli zəlzələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi açıqlama yayıb.
7GUN.AZ Trend İA-nə istinadən bildirir ki, açıqlamanı mərkəzin direktoru Qurban Yetirmişli verib. O, bildirib ki, Türkiyədə baş verən zəlzələnin Azərbaycandakı seysmik duruma heç ilə bağlı heç bir təsiri yoxdur. Onun sözlərinə görə, dünəndən bu günə kimi Türkiyə ərazisində 200-dək təkanlar olub. Amma onların heç birinin təsiri Azərbaycanda hiss edilməyib: “Hazırda Azərbaycanda seysmoloji vəziyyət normaldır və heç bir naharatcılığa səbəb yoxdur. Azərbaycanda hiss olunmayan ən zəif təkanlar qeydə alınır. Bunların olması qaydaya uyğundur". Seysmoloji Xidmət Mərkəzindən onu da bildiriblər ki, zəlzələ Azərbaycanın Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3,5-3,0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.
7GUN.AZ
|