 |
Şrift : |
|
 |
Tarix : | 24-10-2011, 14:51 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 399 dəfə |
Like : |
|
Like : |
|
|
2012/2013-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin əslini təqdim edilməlidir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıq edib. Bu barədə TQDK-nın mətbuat xidmətindən məlumat verilib. 2012/2013-cü tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər (o cümlədən, 16 yaşına çatmamış gənclər) qəbul kampaniyası zamanı şəxsiyyəti təsdiq edən sənəd kimi yalnız şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
7GUN.AZ
|