 |
Şrift : |
|
 |
Tarix : | 25-11-2011, 15:52 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 376 dəfə |
Like : |
|
Like : |
|
|
Alıcı tapa bilməyib geri dönən süd zavodda yenidən emal olunaraq satışa çıxarılıb
Yaponiyadan gətirilən «Nissan» markalı avtomobillərin Azərbaycandakı rəsmi dissübüteri olan «Nurgin Motors» Salyanda südçülük zavodu açıb. Salyandan verilən məlumata görə «Nurgin Motors» Salyanın Qaraqaşlı kəndində kolxoz dövründən qalma ixtisaslaşdırılmış fermanı alaraq özəlləşdirən «Nurgin Motors» burda süd zavodu açıb. Bunun üçün şirkət birinin dəyəri 2500-3000 olmaqla xaricdən 200 qaramal ixrac edib. Həmin qaramalların pulunun 50 faizini «Nurgin Motors» şirkəti, digər 50 faizini isə dövlət ödəyib. Bundan başqa rayonda «San-Süd» süd emalı zavodu inşa edən «Nurgin Motors» şirkəti eyni zamanda «San-Süd» üçün əhalidəndə süd toplamaqdadır. Lakin əsasən Salyanda satışa çıxarılan «San-Süd» süd məhsulları bazarda ciddi problemlə üzləşib. Salyanda «Pal-süd», «Atena» kimi məşhur süd məhsulları istehsalçıları ilə rəqabətdə «San-Süd» bazarda özünə alıcı tapa bilmir. Mənbə bildirir ki, dükanlara verilən süd məhsulları aılmadağı üçün yenidən geri qaytarılır. Bu zaman geri dönən süd zavodda yenidən emal olunaraq satışa çıxarılır və bu hal bir neçə dəfə davam edir. PİA.AZ-a məlumat verən mənbənin sözlərinə görə artıq bir neçə dəfə Salyanda bu üzdən «San-Süd»dən zəhərlənmə halları baş verib. Bütün qanunsuz əməlləri həyata keçirərək vətəndaşların həyatını təhlükəyə qoyan rəsmi şəxs isə «San-Süd» süd emalı zavodunun rəhbəri Zaur adlı şəxsdir. Bildirilir ki, məhz həmin şəxsin göstərişlərinə əsasən süd bir neçə dəfə emal olunur və bununla da yeni istehsala gətirilən süd də xarab olur. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq..
7GUN.AZ
|