 |
Şrift : |
|
 |
Tarix : | 1-12-2011, 17:58 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 274 dəfə |
Like : |
|
Like : |
|
|
ÖLKƏNİN BÜTÜN MƏKTƏBLƏRİNDƏ ŞAGİRDLƏRDƏN FOND PULU TƏLƏB OLUNUR
Bir müddət əvvəl Təhsil Nazirliyinin mətbuat katibi Zəminə Əliqızı «AzadlıqRadiosuna» verdiiy müsahibəsində bildirmişdi ki, bundan sonra şagirdlərdən fond pulu yığılmayacaq. Amma bundan qısa zaman sonra məktəblərdən gələn xəbərlərdə bildirilirdi ki, məktəb direktorları şagirdlərdən fond pulu tələb edir.
Bu gün yenidən PİA.AZ-ın redaksiyasına bu barədə məlumatlar daxil olub. Daxil olan məlumatlarda bildirilir ki, Bakının bütün məktəblərində şagirdlərdən təcili fond pulunu tələb edirlər. Qeyd olunur ki, sinif rəhbərləri bu həftənin sonuna qədər fond pulunu verməyən şagirdlərə məktəbə buraxılmayacaqları bildirilib.
PİA.AZ-a şikayətlənən valideynlər bildirirlər ki, məktəblərdə uşaqları soyuqdan donduğu halda Təhsil Nazirliyi bu problemə həll tapmaq əvəzinə ancaq öz ciblərini doldurmaq barədə düşünürlər. Qəribədir ki, illərdir ki, şagirdlərdən məktəblərin təmiri üçün pul yığan Misir Mərdanov bunun üçün büdcədən ayrılan vəsaitin hara xərclənməsi haqqında bu günə qədər heç bir açıqlama verməyib.
|