 |
Şrift : |
|
 |
Tarix : | 7-12-2011, 12:46 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 130 dəfə |
Like : |
|
Like : |
|
|
Azadlığa buraxılacaq dustaqlar arasında Fərhad Əliyevin də olacağı deyilir
Prezident yanında Əfv Komissiyasının iclasları başlayır. Komissiyadan APA-ya bildirilib ki, ilk iclas dekabrın 7-də keçiriləcək. İclasda təşkilata və qurum üzvlərinə edilən müraciətlər komissiyanın müzakirəsinə təqdim olunacaq, müraciətlər bir-bir araşdırılacaq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfv fərmanının imzalanıb-imzalanmayacağı isə prezidentin səlahiyyətində olduğundan, bu barədə konkret məlumat verilmir.
Komissiya işini başa vurduqdan sonra hazırlanan siyahı aidiyyəti olaraq dövlət başçısına təqdim ediləcək. Qeyd edək ki, ilin sonunda əfv olacağı ilə bağlı xəbərlər bir müddətdir ki, dövriyyədə var. Bugünlərdə ombudsman Elmira Süleymanova da əfv fərmanı verilməsi üçün prezident İlham Əliyevə müraciət edib. Təsdiqlənməmiş xəbərlərə görə, “Amnesty İnternational”ın vicdan məhbusu elan etdiyi 2 aprel dustaqları ilin sonunda azadlığa buraxıla bilərlər. Başqa bir xəbərə görə isə azadlığa buraxılacaq dustaqların içərisində 2005-də həbs edilən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin də adı ola bilər.
Musavat.com
|