 |
Şrift : |
|
 |
Tarix : | 13-12-2011, 20:28 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 118 dəfə |
Like : |
|
Like : |
|
|
Rayonda yeni magistral xətlərinin istismara verilməsi içməli su təchizatını yaxşılaşdırıb
“Azərsu” ASC Bakı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Cəmiyyətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirlər planına uyğun olaraq Yasamal rayonu əhalisini fasiləsiz içməli su ilə təmin etmək üçün bu ilin may-iyun aylarında icrasına başlanan layihələr üzrə işlər yekunlaşıb.
Yasamal rayonu “+ 160 Qərb” su anbarından Ə. Ələkbərov, M. Müşviq, N. Nərimanov, M. Şəhriyar, M. Rahim və S. Dadaşov küçələri boyunca paylayıcı su kəməri çəkilib, həmin kəmərlə içməli suyun verilməsi təmin edilib.
Rayonun A. Abbasov küçəsindən Ş. Mehdiyev küçəsinə qədər çəkilən yeni magistral su xəttinin də tikintisi başa çatıb. Hazırda magistral kəmərin məhəllədaxili xətlərə qoşulması prosesi yekunlaşmaq üzrədir. Daha bir magistral su xəttinin tikintisi Mətbuat prospektindən M. Müşfiq küçəsinə qədər ərazidə aparılıb. Hazırda həmin kəmərlə içməli suyun verilməsi təmin edilir.
Qeyd edək ki, inşaat işləri yerli şirkətlər tərəfindən həyata keçirilib. Kəmərlərin korroziyaya davamlı olması üçün tikintidə Ukrayna istehsalı olan müxtəlif diametrli polad borulardan istifadə edilib. Aparılan yenidənqurma işlərindən sonra göstərilən ünvanlarda əhalinin içməli su təchizatı xeyli yaxşılaşıb.
|