 |
Şrift : |
|
 |
Tarix : | 13-12-2011, 21:19 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 188 dəfə |
Like : |
|
Like : |
|
|
Klub rəsmiləri Azərbaycan futboluna zərbə vuran növbəti rüsvayçı qərar verib
Komanda "baş bilənləri" Ağdamda futbolla məşğul olan uşaqların Quzanlı stadionunda məşq etməsinə qadağa qoyub. Məsələ burasındadır ki, klub rəhbərliynin qeyri-peşəkar fəaliyyəti nəticəsində bir ildə iki dəfə ot örtüyü dəyişdirilən stadionun qorunmasıyla bağlı "Qarabağ" rəsmiləri qəribə çıxış yolu tapıblar. "Başbilənlər" belə qərara gəlib ki, futbolla məşğul olan 200 uşaq stadiona buraxılmasın. Bununla da 12 müxtəlif yaş qrupunda məşq edən uşaqlar bölgənin təmiz havası, gün işığına həsrət qoyularaq, zala məhkum edilib. Bu səbəbdən məşqçilər hazırlıq proseslərinin sayını azaltmağa - həftədə iki dəfə məşq keçməyə məcbur olublar. Doğma meydançaya həsrət edilən uşaqlar yalnız həftə sonu Mingəçevirdə yaşıl meydana çıxmaqla bir az da olsa təskinlik tapırlar. Bəli, "Qarabağ" rəhbərliyinin futbolu inkişaf siyasəti belədir. İndi siz deyin, həftədə iki dəfə qapalı məkanda məşq edən və cəmi bir dəfə yaşıl meydan üzü görən uşaqlardan gələcəyin futbolçusu çıxarmı? Bununla klub rəhbərliyi futbolumuza belə "töhfə" verir.
Bir müddət əvvəl özündən hoqqa çıxararaq - yorğunluq olduğunu bildirərək doğma meydandan imtina edən klub rəsmiləri Supersport.Az saytı və dövlət qəzeti "Azərbaycan"ın haqlı tənqidləri qarşısında tab gətirə bilmədi və "Qarabağ"ımızı doğma diyara qaytarmaq məcburiyyətində qaldı. İndi rəhbərlik stadionu qorumaq bəhanəsi ilə gələcəyin ulduzlarını stadiona buraxmır.
"Qarabağ” rəsmilərinin bu dəfəki hərəkəti də ölkə prezidenti İlham Əliyevin futbol siyasətinə, konkret olaraq bu idman növünün regionlarda inkişafına ziddir. AFFA və PFL rəhbərliyi dəfələrlə əksər klubların uşaq futboluna lazımi diqqət yetirmədiyini, bu yöndə düzgün iş aparmasının vacibliyini bəyan edib. Ancaq "Qarabağ" rəhbərliyi bütün bunlara laqeyd yanaşmaqda davam edir.
10 ildir ki, "Qarabağ" rəsmiləri - Tahir Gözəl və Emrah Çəlikəlin boş-boş vədlərini eşidirik: superbaza, superklub. Bəs hardadır bunlar? Çox təəssüf ki, bu, yalnız sizin xəyallarınızda qalmaqdadır. Bəli, heç kim "Azərsun" rəhbərliyinin məlum müddətdə "Qarabağ"ın yaşaması üçün əməyini inkar edə bilməz. Ancaq peşəkar yanaşsaq, bu, yetərli deyil. Digər tərəfdən, ölkədə qazandığınız vəsaitin bir qismini adı hər bir azərbaycanlının ürəyində olan QARABAĞ-a xərcləməyə borclusunuz.
Bu gün Azərbaycan futbolunun gələcəyi naminə mühüm addım atan "Bakı" və "Qəbələ" klubunun fəaliyyətini örnək göstərmək olar. Məhz bu klubların inşa etdirdikləri müasir baza ölkədə fərqlənir. Dövlət başçısı İlham Əliyevin hər iki klubun infrastrukturuna baş çəkməsi və xüsusilə "Bakı"nın fəaliyyətini digər komandalara nümunə göstərməsi "Qarabağ" rəhbərliyinə dərs olmalıdır. Boş-boş vədlərlə ictimaiyyəti aldatmağa çalışmayın, əməli iş görmək lazımdır.
|