 |
Şrift : |
|
 |
Tarix : | 19-12-2011, 12:18 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 142 dəfə |
Like : |
|
Like : |
|
|
Futzal millimiz Ukrayna kollekivini gərgin mübarizədə məğlub edib
Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçirilən V qrupunun oyunlarına yekun vurulub. Üçüncü oyun günü ilk olaraq meydançaya Makedoniya və Xorvatiya yığmaları çıxıb. Xorvatiyalı futzalçılar 4:1 hesabı ilə qalib gəlib.
Qrupun son oyunu Ukrayna və Azərbaycan milli komandaları arasında keçirilib. Qarşılaşma 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Beləliklə, bu qrupdan növbəti mərhələyə Ukrayna və Azərbaycan komandası vəsiqə qazanıb.
Qeyd edək ki, final mərhələsi 2012-ci il noyabrın 2-dən 18-dək Taylandda təşkil olunacaq futzal üzrə dünya çempionatında 7 Avropa komandası iştirak edəcək. Əsas seçmə mərhələdə ilk iki yeri tutmuş komandalar 2012-ci ilin 25-28 mart və 8-11 aprel tarixlərində keçiriləcək pley-off oyunlarında final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaqlar. Pley-off mərhələsinin püşkü 2012-ci ilin fevralında atılacaq.
|