 |
Şrift : |
|
 |
Tarix : | 26-12-2011, 13:36 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 128 dəfə |
Like : |
|
Like : |
|
|
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevin “Neftçi” haqqında bildirdiyi fikirlər komanda üzvləri tərəfindən narazılıqla qarşılanıb.
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev bu haqda “Qafqazinfo”ya açıqlama verib: “Düzünü desəm, mən kimisə müzakirə etməyi sevmirəm. Elnur Allahverdiyev futbolçu həmkarımdır və milli komandanın da üzvüdür. Ona hörmətlə yanaşıram. Lakin bir klub haqqında belə ifadə işlətmək düzgün deyil. O özü də əvvəllər “Neftçi”də çıxış edib. Mən bu gün “Neftçi”nin futbolçusuyam, nə vaxtsa başqa komandaya keçsəm, heç vaxt “Neftçi” haqda belə danışmaram. Yəqin, Elnurun “Neftçi” ilə prinsipi var”.
|