 |
Şrift : |
|
 |
Tarix : | 9-01-2012, 17:59 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 202 dəfə |
Like : |
|
Like : |
|
|
Milli komandamızın sabiq baş məşqçisi yenidən işsiz qalıb
Milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqov yenidən işsiz qalıb. O, Rusiyanın “Anji” klubundan ayrılıb. Buna səbəb komandanın yeni baş məşqçisi Yuri Krasnojanın onunla işləmək istəməməsi olub. Rusiyalı mütəxəssis köməkçilərini özü ilə gətirib. Belə olan halda Hacı Hacıyevin komandaya apardığı Sadıqov işsiz qalmalı olub.
V.Sadıqov komandadan ayrılmasını belə izah edib: “Yuri Krasnojanla söhbətimiz oldu. Məndən onu düzgün başa düşməyi xahiş etdi. Köməkçilərini özü ilə gətirdiyini və buna görə də məşqçilər korpusunda dəyişiklik etməli olduğunu bildirdi. Mən də ona və “Angi”yə uğurlar arzuladım”.
|