“Qarabağ” klubunun dünya reytinqindəki yeni mövqeyi bəlli olub.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının klubların ötən ilki yekun reytinqində 402 komanda yer alıb. “Qarabağ” 14 pillə geriləyərək 69,5 xalla 312-ci pilləyə düşüb.
Ağdam klubuyla yanaşı Moskva “Dinamo” və Çexiyanın “Mlada Boleslav” komanları da 312-ci yeri tutur. “Qarabağ” hazırda İspaniyanın “Espanyol”, “Saraqosa, “Rasinq”, “Malyorka”, İtaliyanın “Kalyari”, Almaniyanın “Hamburq” klublarını qabaqlayır.
Klubların reytinqinə isə İspaniyanın “Barselona” klubu (367 xal) başçılıq edir. Madrid “Real”ı 312 xalla ikinci, “Veles Sarsfild” (Argentina) isə 271 xalla üçüncü yeri tutur.