 |
Şrift : |
|
 |
Tarix : | 15-01-2012, 10:43 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 192 dəfə |
Like : |
|
Like : |
|
|
"Qalatasaray heyranı olduğum yüksək səviyyəli bir klubdur. Fatih Terimin də müvəffəqiyyətini təqdir edirəm. Bu təklifi qiymətləndirmək lazımdır"
"Qalatasaray"lı tərəfdarların transferini həyəcanla gözlədikləri Xerdan Şaqiri, "Gözlə məni, İstanbul!" məzmunlu ismarıc verib. Dünən axşam İspaniyada yerli "Basler Zeitung" qəzetinə müsahibə verən Şaqiri bunları dedi: "Qalatasaray" həmişə heyranı olduğum yüksək səviyyəli bir klubdur. Oyunlarını televiziyadan izləyirəm. Fateh Terimin də müvəffəqiyyətini təqdir edirəm. Bu təklifi qiymətləndirmək lazımdır."
Fateh Terimin yeni bir komanda yaratdığını da sözlərinə əlavə edən 20 yaşlı futbolçu, "Mən də yeni futbolçuların sırasında yer ala bilərəm. Daha əvvəl "Basel" klubundan "Qalatasaray"a iki futbolçu getdi-Hakan Yakın və Adrian Knup. Mən üçüncü ola bilərəm" dedi. Digər tərəfdən "Basel" vitseprezidenti Bernard Heusler isə ""Qalatasaray" deyildiyi kimi bizə 10 milyon avro təklif etmədi. O pulu təklif etsə müsbət qarşılayarıq",- deyib.
|