 |
Şrift : |
|
 |
Tarix : | 2-02-2012, 11:23 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 148 dəfə |
Like : |
|
Like : |
|
|
FİFA prezidenti Port-Səiddə baş verənləri "futbol tarixində qara gün" adlandırıb
FİFA prezidenti Yozef Blatter Misirin Port-Səid şəhərinin stadionunda 74 nəfərin ölümü ilə nəticələnmiş iğtişaşları kəskin şəkildə pisləyib. Blatter dünən baş verənləri «futbol tarixində qara gün» adlandırıb.
«Bu cür faciəni təsəvvür etmək belə çətindir. Bu hadisələr olmamalıydı. Mən çoxlu sayda azarkeşin Port-Səiddə keçirilən oyundan sonra həlak olması və yaralanmasından sarsılmışam və kədərlənmişəm», deyə Blatterin bəyanatında bildirilir.
Xatırladaq ki, Port-Səid şəhərinin «Əl-Masri» və Qahirənin «Əl-Əhli» komandalarının görüşündən sonra baş vermiş iğtişaşlar zamanı 74 nəfər həlak olub. Yerli komandanın 3:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, yerli azarkeşlər oyundan sonra qonaqların dəstək qrupuna, daha sonra isə məşqçi heyəti və oyunçularına hücum ediblər. İlkin məlumatlara görə, qarşıdurmaya səbəb fasilə zamanı qonaq komandanın azarkeşlərinin qaldırdıqları təhqiredici plakat olub. Ümumilikdə stadionda təxminən 40 min azarkeş olub. Azarkeşlər «Əl-Əhli» komandasının oyunçularını portuqaliyalı baş məşqçi Manuel Jozeni döyüblər. Təhlükəsizlik qüvvələri «Əl-Əhli»nin baş məşqçini meydançadan çıxara biliblər. Klubun sahibi Həsən Həmdi isə qaçmaqla canını azarkeşlərin əlindən qurtarıb. Şahidlərin sözlərinə görə, həlak olanların çoxu Qahirə komandasının azarkeşləridir.
|