 |
Şrift : |
|
 |
Tarix : | 4-02-2012, 12:14 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 152 dəfə |
Like : |
|
Like : |
|
|
Dünya futbolunun canlı əfsanələrindən sayılan ingiltərəli Toni Adamsın Azərbaycana qayıdışı rəsmiləşib.
Uğursuz nəticələrə görə, “Qəbələ”nin baş məşqçisi postundan istefaya göndərilən Adams yenidən şimal klubunda fəaliyyət göstərəcək. Əslində Adamsın qayıdacağı real görünmürdü. Çünki 45 yaşlı əfsanə öz ölkəsindən və ulduz yığmağa başlayan Hindistan çempionatından dəvətlər almışdı. Amma Azərbaycan klubunun rəhbərliyi ilə çox yaxşı münasibətdə olan Adams klubun növbəti dəvətinə yox deməyib. İngiltərə milli komandasının və “Arsenal”ın unudulmaz oyunçusu bundan sonra klub prezidentinin müşaviri vəzifəsində çalışacaq. Qeyd edək ki, AZAL ilə oyundan sonra istefaya göndərilən Adams baş məşqçi postunda türkiyəli Fatih Kavlak əvəzləyib.
|