 |
Şrift : |
|
 |
Tarix : | 13-02-2012, 15:12 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 145 dəfə |
Like : |
|
Like : |
|
|
"Con Terri Kapellonu qovmaq üçün əsl bəhanə idi!"
Fabio Kapellonun futbol üzrə İngiltərə millsinin sükanı arxasından uzaqlaşdırılması, o dərəcədə qızğın diskussiyalara səbəb olub ki, artıq dünyanın ən tanınmış futbol xadimləri də bu məsələyə münasibət bildirməyə başlayıblar.Daima braziuliyalı Pele ilə "söz müharibəsində" olan argentinalı Diyeqo Maradonanın bu dəfəki hədəfi ingilislərdir. Belə ki, D.Maradona İngiltərə Futbol Federasiyasını (İFF) "Çelsi"nin forvardı Con Terrini bəhanə edərək Kapellonu baş məçqçi postundan uzaqlaşdırmaqda ittiham edib. O bildirib ki, İFF italyan mütəxəssislə yollarını ayırmağa çoxdan qərar vermişdi: "İFF C.Terrinin kapitanlıq sarğısından məhrum olması ilə yaranan qalmaqaldan maksimum istifadə etdi. Bu, onlar üçün bir bəhanə oldu. Federasiya Kapellodan qurtulmaq istəyirdi. Çünki onun işindən narazı idilər. Ona görə də Kapello ilə yollarını ayırdılar".
|