 |
Şrift : |
|
 |
Tarix : | 14-02-2012, 17:25 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 177 dəfə |
Like : |
|
Like : |
|
|
UEFA Çempionlar Liqasının II turu sabah baş tutacaq iki qarşılaşma ilə start götürəcək
"Barcelona" II turun ilk oyununda Almaniyanın "Bayer Leverkusen" klubunun qonağı olacaq. Kataloniya təmsilçisi La Liqada məğlub olan və lider "Real Madrid" ilə arasındakı xal fərqinin 10-a yüksəlməsinin verdiyi mənəvi sarsıntı ilə Almaniyaya yola düşəcək. Yarımmüdafiəçi Sergio Busquetsin zədəsinin tam sağalmamasına görə, onun Javier Mascherano ilə əvəzlənməsi gözlənilir.
"Barcelona" kimi liqada oynadığı son matçda məğlub olan "Leverkusen" isə sabahkı oyuna dünən məşqdə zədələnən Michael Ballacksız çıxacaq. Alman klubunun baş məşqçisi Robin Dutt oyunda müdafiəçilər Michal Kadlek ilə zədədən yeni xilas olan Danny da Costaya yer verməsi gözlənilir.
II turun ilk günündə digər qarşılaşma isə "Lyon" ilə "Apoel" arasında baş tutacaq. Liqada oynadığı son matçda "Caen"ə öz evində 2-1 məğlub olan "Lyon", oyuna zədəli olan Dejan Lovrensiz çıxacaq. Komandasında gənc oyunçulara yer verməyi sevən baş məşqçi Remi Garde Lovrenin əvəzinə daha bir 18 yaşlı gənc oyunçunu - Samuel Umtitinə yer verməsi gözlənilir.
Qrupunu lider tamamlayan və böyük sensasiyaya imza atan "Apoel" isə sabahkı oyuna liqasında oynadığı son 5 matçda məğlub olmamağın sevinci ilə çıxacaq.
Çempionlar liqasının qrup mərhələsində ilk iki yeri əldə edən 16 komanda mübarizə apardığı II tur oyunlarına çərşənbə günü baş tutacaq iki matçla davam ediləcək. Digər 4 qarşılaşma 21 və 22 fevralda, cavab oyunları isə 6-7 və 13-14 martda baş tutacaq.
|