 |
Şrift : |
|
 |
Tarix : | 15-02-2012, 12:27 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 117 dəfə |
Like : |
|
Like : |
|
|
Portuqaliyalı futbolçu məvacibinin artırılmasını tələb edir
“Real” klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldo klub rəhbərliyini komandadan getməklə hədələyib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o,“Anji”nin futbolçusu Samuel Eto'О-nun ondan çox pul qazanmasına qarşı çıxıb.
Kriştiano Ronaldo yenidən dünyanın ən çox gəlir əldə edən futbolçusu ünvanına sahib çıxmaq üçün məvacibinin artırılmasını tələb edir.
Qeyd edək ki, hazırda Kriştiano Ronaldo ildə 13 milyon avro qazanır. “Anji”nin kamerunlu futbolçusu Samuel Eto'О isə illik 20 milyon avro məvacib alır.
Yayılan məlumata görə, “Real” klubunun prezidenti Florentino Perez artıq indidən Kriştiano Ronaldonun məvacibinin 40 faiz artıracağına dair söz verib.
|