 |
Şrift : |
|
 |
Tarix : | 30-09-2011, 14:09 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 267 dəfə |
Like : |
|
Like : |
|
|
Futbolçu xanımlarımız Ukraynalı həmyaşıdlarına 0-3 hesabı ilə məğlub olublar 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə start verilib. 7gun.az xəbər portalının məlumatına görə, Bakıda keçiriləcək IX seçmə qrupunun oyunları bu gün başlayıb.
Son 2 çempionata qatılmayan Azərbaycan milli komandası qitə birinciliyinə qayıdışını doğma divarlara arasında Ukrayna ilə görüşdə qeyd edib. Yığmamızı ilk dəfə rəsmi matça çıxaran almaniyalı baş məşqçi Sissi Raytın “Dalğa Arena”da gerçəkləşən debütü uğursuz alınıb.Futbolçu xanımlarımız Ukraynalı həmyaşıdlarına 0-3 hesabı ilə məğlub olublar.
Qrupumuzda ilk turun digər oyunu da bu gün keçiriləcək. ikiqat Avropa çempionu olan İspaniya yığması Bosniya və Herseqovinanı sınağa çəkəcək.
|