 |
Şrift : |
|
 |
Tarix : | 30-09-2011, 14:27 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 351 dəfə |
Like : |
|
Like : |
|
|
Əli Babayev: "Dahi futbolçunun nəvəsi olmaq çox böyük məsuliyyətdi" 7gun.az: Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin nəvəsi Əli Babayev "Neftçi"nin sıralarına qoşulub. Fanat.az xəbər verir ki, o, "Neftçi"nin U-16 komandasının şərəfini qoruyacaq. Babası kimi ulduz futbolçu olmağı qarşısına məqsəd qoyan hücumçu təəssüratlarını klubun rəsmi saytına bölüşüb: "Futbolla uşaqlıqdan maraqlanmışam. Atam bu marağı görüb, məni futbol məktəbinə yazdırdı. "Neftçi"də oynamaq isə mənim çoxdankı arzumdur. Burada çıxış etmək mənim üçün böyük şərəfdi, çünki birvaxtlar babam Anatoli Banişevski də bu klubda oynayıb. Dahi futbolçunun nəvəsi olmaq çox böyük məsuliyyətdi. Əlimdən gələni edəcəm ki, futbolda babam kimi parlaq iz qoyum. Çox sevinirəm ki, mən də babam kimi "Neftçi"nin 9 nömrəli formasında çıxış edəcəm".
|