 |
Şrift : |
|
 |
Tarix : | 3-10-2011, 13:02 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 296 dəfə |
Like : |
|
Like : |
|
|
"Atletiko" -"Sevilya" görüşündə isə hesab açılmayıb
Ötən gün İspaniya La Liqasında 6-cı tura yekun vurulub. Dünən, son oyun günündə daha 5 qarşılaşma baş tutub. Öz meydanında "Atlerik" (Bilbao) klubunu qəbul edən "Real" (Sosyedad) rəqibinə 1:2 hesabı ilə məğlub olub. "Betis" isə doğma meydanında "Levante"yə 0:1 hesabıyla uduzub. "Atletiko" (Madrid) isə doğma azarkeşləri önündə "Sevilya"nı qonaq edib. Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb. La Liqanın autsayderi olan "Sportinq" (Xixon) isə öz meydanında "Barselona" ilə qarşılaşıb. Görüşün taletini 1 qol həll edib. Matçın 12-ci dəqiqəsində Adrianonun vurduğu qol katalonlara qələbə gətirib. Madridin "Real" klubu da turu qələbə ilə başa vurub. Səfərdə "Espanyol"un qonağı olan "Real" rəqibini 4:0 hesabı ilə darmadağın edib. Bu nəticə ilə, "kral klubu" 3-cü sıraya yüksəlib.
7GUN.AZ
|