 |
Şrift : |
|
 |
Tarix : | 3-10-2011, 15:51 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 295 dəfə |
Like : |
|
Like : |
|
|
Portuqaliyalı mütəxəssis jurnalistə sözlərini ispanca təkrarlamağı xahiş edib
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo İspaniya Promerosunun “Espanyol”la matçında (4:0) ona katalon dilində sual ünvanlayan jurnalistə cavab verməkdən imtina edib. Olimpiya.az-ın məlumatına görə, sualın ingiliscə tərcümə edilməsinə baxmayaraq, portuqaliyalı mütəxəssis jurnalistə sözlərini ispanca təkrarlamağı xahiş edib. “Real” 4:0 hesablı qələbəyə layiq idi?” sualına Mourinyonun cavabı belə olub: “Düzdür, 2:0 daha ədalətli hesab olardı. Lakin məni vurulan qolların sayı yox, 3 xal maraqlandırır”. Qeyd edək ki, katalon dilində yalnız Barselona və Kataloniyanın digər şəhərlərində danışırlar.
7GUN.AZ
|