 |
Şrift : |
|
 |
Tarix : | 4-10-2011, 18:10 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 198 dəfə |
Like : |
|
Like : |
|
|
Ağdam klubu 5 pillə aşağı düşüb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. 400 komandanın yer aldığı siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. Əvvəlki kimi, “Barselona” 331 xalla liderliyini davam etdirir. Digər ispan nəhəngi “Real” (305) isə ikinci pillədədir. İlk “üçlüy”ü 282 xalla İngiltərənin “Mançester Yunayted” klubu tamamlayır. Azərbaycanın İFFHS-da yeganə təmsilçisi “Qarabağ” isə ötən ayla müqayisədə 5 pillə geriləyərək, 313-cü sıraya enib. Aktivində 70,5 xal olan Ağdam klubu sentyabr ayında 308-ci pillədə qərarlaşmışdı. Qurban Qurbanovun komandası Ekvadorun “Nasional”, Kolumbiyanın “Deportivo” və Koreya Xalq Demokratik Respublikasının “Pusan” klubları ilə eyni xala malikdir.
7GUN.AZ
|