Arda: Məni ən çox Azərbaycana məğlubiyyət üzdü -MÜSAHİBƏ

Şrift : |
Tarix :5-10-2011, 12:07
Bölmə : İdman
Kömək :    
Baxılıb : 352 dəfə
Like :
Like :

    Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan “Fanatik” qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

    - Almaniya və Azərbaycan ilə oyunlar yaxınlaşır. Son iki oyundan nə gözləyirsiniz?
    - İki oyunda 6 xal ala bilərik. 4 xalla da pley-offa çıxmaq olar. Bizə “Pley-offa qalmağı qəbul edərsiniz?” desəydilər, biz də “əlbəttə” deyərdik. Almanlarla ilk matçda yaxşı mübarizə aparmağa çalışdıq. Ancaq qapımızda gördüyümüz erkən qol əhvalımızı pozdu. Bu dəfə daha diqqətli oynayacağıq. Nə lazımdısa, neçə xala ehtiyacımız varsa, onun üçün vuruşacağıq.

    - Hazırkı çıxışından razısınızmı?
    - Hə, həm də çox razıyam. 3 ay komandadan ayrı qaldım. Amma qayıtdıqdan sonra qol vurdum. Hərdən geri dönüb baxıram. Mən milli forma ilə çox qol vurmuşam. Ailəm də, özüm də sərgilədiyim oyundan qürür duyuram. Bura gələndə, çox sevinirəm.

    - Almaniya və Azərbaycana məğlubiyyətdən sonra ümidsizliyə qapıldınız?
    - Qətiyyən yox. Biz yaxşı komanda olduğumuz bilirik. Uğurlu bir startegiya ilə pley-offa qalacağımızı bilirəm. Buna heç kim mane ola bilməz. Almaniya və Azərbaycanla oyunlarda azarkeşlərimizin üzərinə böyük vəzifə düşür. Bizi dəstəkləsinlər, tribunaları doldursunlar, qalanını biz özümüz həll edəcəyik.

    - Ən çox hansı oyuna görə üzüldünüz?
    - Məni ən çox Azərbaycana məğlubiyyət üzdü. Amma açığı, Belçika millisinə baxanda, yenə də şükür etməliyik. Bu komanda ilə ikinci oyunumuza baxıram. 4 xal qazanmağımız yaxşı oldu. Belçika millisi qarşıdakı illərdə Avropaya səs salacaq. Bəlkə də futbolçu olaraq, hər kəsin istədiyi kimi oyun nümayiş etdirə bilmədik. Ancaq belçikalılarla görüşdə bizdən tələb olunan nəticəni qazandıq.

    - Necə düşünürsünüz, Avro-2012-nin final mərhələsinə qatıla biləcəyik?
    - Hə, nəyin bahasına olursa, olsun, final mərhələsinə gedəcəyik. Buna bizim qədər, ölkəmizin də ehtiyacı var. Heç olmasa, qarşıdakı yay bir az futboldan bəhs edək. Ukrayna və Polşaya yüzlərlə təyyarə uçsun və onların içi Türkiyə millisini dəstəkləyəcək azarkeşlərlə dolub daşsın. Avro-2008-dəki kimi insanları sevincə qərq edək.

    - Yığmamızın baş məşqçisi Quus Hiddinki necə xarakterizə edərdiniz?
    - Komandaya baş məşqçi təyin olunandan sonra bizə çox şey öyrətdi. Onunla işləmək adama böyük zövq verir. Fərdi olaraq, daha qüvvətli və istəkli olmağımıza kömək etdi. Hiddink üçün üzərinə düşən vəzifənin öhdəsindən gəlirsənsə, problem yoxdur. Nizam-intizamı sevir. Ancaq hamı onun dediyini edərsə, gözəl mühit formalaşır. Millidəki hazırkı ab-hava üçün Hiddink və köməkçilərinə təşəkkür edirik.

    - Hiddinkin sizə nə kimi faydası oldu?
    - Hiddinklə işləyəndən sonra özümə inamım artdı. Onunla bir yerdə işləməkdən qürur duyuram. Mənə çox vacib oyunçu olduğumu hiss etdirdi. Komanda yoldaşlarıma “Topu Ardaya ötürün deyir”. Bu isə məni məst edir. Geridə qalan oyunlara baxanda, Hiddinki heç vaxt peşman etməmişəm. Holland çalışdırıcı mənə necə güvənirsə, mən də onu pərt etməməkçün əlimdən gələni edirəm.

    - Bəs komanda yoldaşların bu barədə nə düşünürlər?
    - Etiraf etməliyəm ki, onlar da mənim özümü yaxşı hiss etməyim və komandaya xeyir verməyim üçün çalışırlar. Bunu hiss etdiyim üçün mən də milli komandanın forması ilə coşuram. Həmit və Əmrə mənə liderlik şansı yaratdılar. Məni önə çıxarmaq istəyirlər. Onlara təşəkkür edirəm. Əslində komandada məndən böyük olan bütün oyunçuların dəstəyini görürəm.

    - Biz nə vaxt super oyun sərgiləyən bir milli komanda görəcəyik?
    - Avro-2012-nin seçmə mərhələsində bugünə qədər yaxşı nəticələr qazandıq. Düzdür, taktika və nizam-intizam mənasında bəzi çatışmazlıqlar var. Ancaq bunlar həll oluna bilən problemlərdir.

    Azərbaycana məğlubiyyət qəbulolunmazdır. Amma hər böyük komanda uduza bilər. Türk futbolunda yeni nəsil yetişir. Baxın, Burak, Səlçuk İnan, İsmayıl Köybaşı, Gökhan Törə və Mehmet Ekici kimi gələcəyə ümid verən və yavaş-yavaş komandaya uyğunlaşan ulduzlarımız var. Bizim yolumuz açıqdır. Avro-2008-də kuboku düşünürdük, ancaq son anda əlimizdən qaçırdıq. Mənim Avro-2012 öncəsi inamım sonsuzdur. Biz ora gedə bilsək, çempion da ola bilərik. Heç kim təəccüblənməsin, çox güclü bir Türkiyə millisi gəlir.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ Şabranda 13 yaşlı qız özünü asdı

23.05.2012 ~ “Əl-Qaidə” ABŞ-a qarşı “elektron cihad”a başlayır

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31