Veron bu ayın sonunda futbolla vidalaşacağını açıqlayıb
Argentinanın "Estudiantes" klubunun futbolçusu Xuan Sebastian Veron karyerasını başa vuracağını açıqlayıb.
36 yaşlı futbolçu bu ayın sonunda futbollla vidalaşacağını bildirib.
Veronun bu ayın 31-də "Rasinq"lə keçiriləcək oyundan sonra karyerasını başa vuracağı söylənilir.
Qeyd edək ki, karyerası ərzində "Boka Xunyors", "Sampdoriya", "Parma", "İnter", "Mançester Yunayted" və "Çelsi" kimi klublarda forma geyən Veron Argentina milli komandasının heyətində 1998, 2002 və 2006-cı illər dünya çempionatında da çıxış edib.
7GUN.AZ