 |
Şrift : |
|
 |
Tarix : | 11-10-2011, 12:33 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 263 dəfə |
Like : |
|
Like : |
|
|
Türklər revanşı qazana biləcəkmi?
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün son görüşünə çıxacaq. Yığma komanda səfərdə Türkiyə millisinin qonağı olacaq. Bu komandalar arasında ötən ilin oktyabrında Bakıda baş tutmuş görüş 1:0 hesabı ilə Azərbaycan yığmasının xeyrinə başa çatmışdı. Həmin məğlubiyyət Türkiyə yığmasına qrup ikinciliyi yolunda ağır zərbə olmuşdu. Bu dəfə isə komandalar İstanbulun “Türk Telekom Arena” stadionunda üz-üzə gələcəklər. Son görüşündə evdə Avstriya millisinə 1:4 hesabı ilə məğlub olan Berti Foqtsun komandasının səfərdə necə təsir bağışlayacağı böyük maraq doğurur. Heyətində yetərincə itkilərin olması da, yığmanın əleyhinədir. Rauf Əliyev və Saşa Yunisoğlunun cəzalı olması, Vaqif Cavadovun isə millidə oynamaqdan imtina etməsi yığma üçün ağır itki sayılır. Lakin Türkiyə millisində də heç də hər şey qaydasında deyil. Heyətindəki itkilərlə yanaşı, son oyununda Almaniya yığmasına 1:3 hesabı ilə məğlubiyyət futbolçuların psixologiyasına məni təsir edib. Bununla belə, türklərin Azərbaycanla oyunda qələbə qazanaraq “play-off”a çıxmaq istəyi heç kəsdə şübhə doğurmur. Ancaq burada Almaniyanın da böyük rolu olacaq. Yəni, Türkiyənin “play-off”a çıxması almanların əlindədir.
7GUN.AZ
|