 |
Şrift : |
|
 |
Tarix : | 11-10-2011, 15:06 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 397 dəfə |
Like : |
|
Like : |
|
|
Əgər belçikalılar almanlar üzərində qələbə qazansalar, pley-offa vəsiqə qazanmış olacaqlar
Bu gün AÇ-2012-nin seçmə mərhələsinə yekun vurulur. Azerisport.az xəbər verir ki, yığmamızın yer aldığı A qrupunda da son oyunlar keçirilir. Belə ki, qrup liderliyini artıq bir neçə tur öncədən təmin etmiş Almaniya doğma meydanda əsas izləyicisi Belçikanı qəbul edəcək. Bu oyun çox vacib əhəmiyyət daşıyır. Əgər belçikalılar almanlar üzərində qələbə qazansalar, pley-offa vəsiqə qazanmış olacaqlar. Belə olan halda bu gün yığmamızla qarşılaşan türklərin AÇ-yə yollanmaq ümidləri tamamilə puç olacaq. Belçika xal itirəcəyi halda isə Türkiyə Azərbaycan üzərində qələbə sayəsində pley-offa vəsiqəyə sahib çıxmış olacaq. Qrupumuzun digər oyunu isə heç nəyi dəyişməyəcək bir qarşılaşmadı. Belə ki, bir neçə gün öncə Bakıda yığmamızı darmadağın etmiş avstriyalılar səfərdə Qazaxısana da eyni aqibəti yaşatmağa çalışacaqlar. AÇ-2012-nin seçmə mərhələsi
A qrupu
11 oktyabr 21:00. Qazaxıstan – Avstriya Astana. “Astana Arena”
22:00. Almaniya – Belçika Düsseldorf. “LTU Arena”
|