 |
Şrift : |
|
 |
Tarix : | 12-10-2011, 11:23 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 367 dəfə |
Like : |
|
Like : |
|
|
Foqts: «Azərbaycan futbolunun Türkiyədən sadəcə olaraq, öyrənəcəkləri var»
Milli komandamızın baş məşqçisi Berti Foqts hesab edir ki, Azərbaycan futbolunun Türkiyə futbolunun səviyyəsinə çatmasına hələ çox illər lazımdır. Foqts «Fanatik» qəzetinə verdiyi müsahibədə komandamızın dünən «Avro-2012»nin seçmə mərhələsində 0:1 hesabı ilə uduzduqları Türkiyədən öyrənəcək çox şeyi olduğunu bildirib. «Azərbaycan futbolda Türkiyədən 30 il geri qalır. Mənim indi Azərbaycanda etmək istədiklərimi Jupp Derval 30 il əvvəl Türkiyədə həyata keçirib və yetərincə uğurlu olub. Azərbaycan futbolunun Türkiyədən sadəcə olaraq, öyrənəcəkləri var. Futbolda möcüzə bir gün yaşanar. Biz bunu Türkiyəni 1:0 hesabı ilə məğlub etməklə gerçəkləşdirmişdik» - deyə almaniyalı mütəxəssis bildirib.
7GUN.AZ
|