 |
Şrift : |
|
 |
Tarix : | 13-10-2011, 10:53 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 350 dəfə |
Like : |
|
Like : |
|
|
Pike: “Qvardiolanın "Barselona"dan getməsi üçün heç bir səbəb yoxdur”
"Barselona" klubunun aparıcı müdafiəçisi Xerard Pike baş məşqçi Pep Qvardiolanın komanda ilə yeni müqavilə imzalayacağına inandığını bildirib. Pike Qvardiolanın "Barselona"dan ayrılması üçün heç bir səbəbin olmadığını açıqlayıb. "Qvardiolaya təzyiq göstərmək istəmirəm. Ancaq onun bu il yeni müqavilə imzalayacağına inanıram. Məncə, Qvardiola bizi və "Barselona"nı buraxmaz. O, bizi və komandasını çox sevir. Biz də ona inanır və güvənirik. Hazırda "Barselona" dünyanın ən yaxşı komandasıdır və klubun heç bir parçası pozulmamalıdır. Həmiçinin Qvardiolanın "Barselona"dan getməsi üçün heç bir səbəb yoxdur".
7GUN.AZ
|