 |
Şrift : |
|
 |
Tarix : | 13-10-2011, 18:12 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 642 dəfə |
Like : |
|
Like : |
|
|
“Milan”ın prezidenti artıq “Real “ rəhbərliyi ilə danışıqlar aparıb
İtaliyanın "Milan" futbol klubunun sahibi olan Silveo Berluskoni, İspaniyanın "Real" futbol klubunda çıxış edən türk əsilli futbol ulduzu Məsut Özili komandasına cəlb etmək üçün hər cür fədakarlıqa hazırdır. Siasport.az saytı yazır ki, keçən mövsüm də türk əsilli futbolçuya "elçi düşən" İtaliyanın Baş naziri, deyəsən bu dəfəki cəhdində olduqca israrlıdır. Belə ki, Avropanın aparıcı futbol saytları, S.Berluskoninin "Real" prezidenti Florentino Peres ilə görüşərək M.Özil transferi ilə bağlı konkret danışıqlar apardığını, Madrid təmsilçisinə vazkeçilməz bir rəqəm təklif etdiyini, həttda "Real" prezidentinin də bu məsələni müzakirə etmək üçün vaxt istədiyini yazmağa başlayıblar. Belə görünür ki, hazırda "Real"ın heyətində əsas forvardlardan sayılan M.Özili Milan təmsilçisinə satmaq üçün rəhbərlik S.Berluskonidən fantastik pul təklifi alıb.
7GUN.AZ
|