 |
Şrift : |
|
 |
Tarix : | 15-10-2011, 11:29 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 286 dəfə |
Like : |
|
Like : |
|
|
Voleybolçularımız finalda Türkiyənin “Vakıfbank” klubunu məğlub ediblər
Qətərin paytaxtı Dohada qadın voleybolçulardan ibarət klublar arasında təşkil olunan dünya çempionatında bu gün final oyunu olub. Həlledici görüşdə son Azərbaycan çempionu “Rabitə” ilə Türkiyənin “Vakıfbank TT” klubu qarşılaşıb. Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayıb. Çempionlar Liqasının finalında Türkiyə təmsilçisinə 0:3 hesabı ilə uduzan "Rabitə" bu məğlubiyyətin əvəzini layiqincə çıxıb. Hər üç setdə aşkar üstün nəzərə çarpan "Rabitə" rəqibini məğlub edərək tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub. Qeyd edək ki, “Rabitə” qrupdakı ilk oyununu Tailandın “Çanq” klubuna qarşı keçirmiş və 3:1 hesablı qələbəyə sevinmişdi. Braziliya “Osasco”su ilə qarşılaşma isə 3:2 hesablı qələbəyə ilə başa çatmışdı. Yarımfinalda isə komandamız Dominikan Respublikasının “Mirador” klubunu darmadağın edərək, adını finala yazdırıb.
7GUN.AZ
|