 |
Şrift : |
|
 |
Tarix : | 17-10-2011, 12:07 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 399 dəfə |
Like : |
|
Like : |
|
|
Sergey Yuran: "Bu oyunda iki real qol imkanından istifadə edə bilmədik”
Böyükağa Haciyev:"Mən sözümün üstündə dururam. Ancaq başa düşə bilmirəm ki, nəyə görə indidən "Xəzər Lənkəran"ı çempion elan edirsiniz?! Deyin "İnter", "Bakı", "Neftçi" birinci olacaq. Qarşıda hələ çox oyunlar, 25 tur var. Digər tərəfdən, Rednikin nəyi məndən artıqdır? Premyer Liqada mən də komandanı çempion eləmişəm. Kaxaber Sxadadze, Böyükağa Hacıyev, Ağasəlim Mircavadov da, bir başqa yerli məşqçi də. Mən demişdim ki, Rednikin işini Avroliqada görərik və gördük də. Bunu bu qədər şişirtmək lazım deyil. Rednik yuxusunu qarışdırır. Məgər "Xəzər Lənkəran" "Barselona"dır?! Mən deyirəm ki, bu komanda çempion olmayacaq".
Sergey Yuran: "Bu oyunda iki real qol imkanından istifadə edə bilmədik. Sonradan meydana daxil olan üç futbolçumuz oyunun gedişini dəyişdi, daha sərbəst oynadıq. Lakin, mən onlardan daha çoxunu gözləyirdim".
Mirça Rednik: "Berti Foqts bir çox hallarda klubların baş məşqçilərindən narazılıq edir. Lakin, futbolçular millinin düşərgəsindən artıq çəki ilə qayıdırlar. Bu cür fasilələrdən sonra keçirilən oyunlarda futbolçularım yaxşı oyun göstərmir.
Kaxaber Tsxadadze: "Oyundan əvvəl bizi çətin qarşılaşma gözlədiyini bilirdik. "Neftçi" son zamanlar baxımlı oyun nümayiş etdirir. Onların bir neçə fərdi ustalığı yüksək olan oyunçusu var. Elə buna görə də oyunun əvvəlində biz bir qədər qapandıq".
Aleksandr Starkov: "Ağır oyun oldu. Rəqibin müdafiədən oynadığını və yaxşı təşkilatlanmış komanda olduğunu bilirdik. Çox qol buraxmayan komandadı""Oyuna görə qələbəyə layiq idik. Bir epizodda rəqibimiz fərqlənə bilərdi, lakin qapıçımız Marko Şarliya komandanı qoldan xilas etdi".
Toni Adams: "Son turlardakı uğursuz nəticələrdən çox narahat idik. Komandam potensialına uyğun oyun nümayiş etdirə bilmirdi"."Kəpəz" kimi güclü komandaya qalib gəldiyimiz üçün sevinirik. Futbolçularımı təbrik edirəm".
Mehman Allahverdiyev: "Bu gün "Qəbələ" digər oyunlarından fərqli, daha baxımlı oyun göstərdi. Xətlər arasında buraxdığımız səhvlərin nəticəsində qapımıza iki top vuruldu"."Futbolda belə şeylər olur. Bu oyunu yaddan çıxarıb gələcək oyunlara baxmaq lazımdı. Hər iki komandaya gələcək oyunlarda uğurlar arzulayıram. ”Qəbələ"ni qələbə münasibəti ilə təbrik edirəm".
Fərəc
|