 |
Şrift : |
|
 |
Tarix : | 26-10-2011, 16:34 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 144 dəfə |
Like : |
|
Like : |
|
|
Tiranada Albaniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu təşkil olunacaq
AFFA və Albaniya Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən, noyabrın 11-də, Tirana şəhərində Albaniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu təşkil olunacaq. AFFA-dan verilən məlumata görə, Azərbaycan millisi noyabrın 12-də Tiranadan Almaniyanın Berlin şəhərinə yola düşəcək. Millimiz FİFA-nın təqvimində rəsmi oyun günü olan 15 noyabr tarixində “FC Union Berlin” komandası ilə qarşılaşacaq. Yoxlama xarakterli bu oyunda iştirak etmək üçün millinin baş məşqçisi Berti Foqts tərəfindən təkcə millidə mütəmadi olaraq çıxış edən futbolçulara yox, eyni zamanda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına cəlb olunan gənc və yaxın zamanlarda əsas millidə oynamaq perspektivi olan oyunçulara da dəvət göndəriləcək. Məqsəd gənc futbolçuların millidə təcrübə toplaması, növbəti seçmə mərhələlərdə çıxış etmək ehtimalı yüksək olan oyunçuların sınaqdan keçirilməsi, həmçinin millinin ab-havasını hiss etmələrinə şərait yaradılmasıdır.
7GUN.AZ
|