 |
Şrift : |
|
 |
Tarix : | 29-10-2011, 16:20 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 275 dəfə |
Like : |
|
Like : |
|
|
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun növbəti oyunları keçirilib
7 GUN.AZ Azerisport.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə də 2 qarşılaşma baş tutub.
"Qəbələ" "Simurq"u, "Neftçi" "Turan"ı qəbul edib. Hər iki görüşdə iddialıların asan qələbə qazanacağını düşünmək olardı. Hər halda nə “Turan”, nə də “Simurq” son dövrlər uğurlu çıxışıyla diqqət çəkirdi. Lakin Tovuz təmsilçisi yalnız son saniyələrdə buraxdığı qolla uduzdu. Zaqatala klubu isə səfərdə "Qəbələ" üzərində sensasion qələbəyə sevinib. Premyer Liqa 11-ci tur 29 oktyabr (şənbə)
Qəbələ - Simurq - 0:2 (0:1) Qollar: Yevgeni Şmakov, 41 (0:1), Robertas Poşkus, 59 (0:2) Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Yaşar Abbasov, Elvin Əsgərov. Qəbələ. Şəhər stadionu. Oyun başladı "Simurq"un qapısına cərimə zərbəsi təyin olunur. Mahir Şükürovun təhlükəli zərbəsini qapıçı tutur "Simurq"un kornerdən fərqlənmək istəyi baş tutmur Dodonun qonaqların qapısına zərbəsinin qarşısını müdafiəçilər alır Doroşev qonaqların hücumçusu Poşkusun fərqlənməsinə imkan vermir Genovun zərbəsindən sonra top Doroşevə qismət olur Yevgeni Şmakov meydan sahiblərini şoka salır - 0:1 Tofiq Mikayılovu Qərib İbrahimov əvəzləir Birinci hissə başa çatdı İkinci hissə başladı Rasim Ramaldanov sarı vərəqə ilə cəzalanır Şükürovun əla zərbəsini Adnan Hodziç eyni gözəlliklə dəf edir "Simurq" inanılmaz epizodu dəyərləndirə bilmir Toni Adams eyni vaxtda iki əvəzləmə ilə hücumu gücləndirir Şmakov özünün və komandasının ikinci qolunu vurmağa yaxın olsa da, zərbəsi dəqiq alınmır Viktor Mendi sarı vərəqə alır Stiv Olfersi Aleksandr Çertoqanov əvəzləyir Robertas Poşkus meydan sahiblərinin qapısına ikinci qolu vurur - 0:2 Barton topu düz rəqib qapıçının üstünə vurur Sergey Yuran nədənsə narazıdı və sarı vərəqə alır Poşkusu Kristap Qrebis əvəzləyir Matç başa çatdı Neftçi - Turan - 1:0 (0:0) Qol: B.Nasimov, 90. Hakimlər: Ceyhun Haşımov, Azər Əsgərov, Ramiz Əsədov, Hacıəli Ağayev. Bakı. "Dalğa Arena" stadionu. Oyun başladı "Neftçi" ilk dəqiqələrdən üstünlüyü ələ alıb 4. Bahodir Nasimova qarşı cərimə meydançası yaxınlığında qayda pozuntusu və cərimə zərbəsi...amma meydan sahibləri bundan yaxşı yararlanmır 10. Cavid Hüseynov hesabı açsa da, hakimlər ofsayd qərarı verir 20. "Neftçi"nin hücumları davam etsə də, hələ qonaqların qapısı qarşısında ciddi təhlükə yarada bilməyib 25. Meydan sahiblərinin çox təhlükəli hücumunun qarşısı alınır 25. "Turan"ın oyunçusu Məhərrəm Müslümzadə sarı vərəqə alır 32. Flavinyoya qarşı növbəti kobud oyun və cərimə zərbəsi...Rəşad Abdullayevin zərbəsini Anar Nəzirov kornerə çıxarır 35. Qonaqların hücumçusu Artyuxun baş zərbəsi qapının üstündən keçir 39. Azər Məmmədov da sarı vərəqə alır 40. Qoqoberişvili cərimə meydançasında əllə oynadığı üçün qonaların qapısına penalti təyin olunur 42. Flavinyo penaltini boşa verir. Onun zərbəsi qapının üstündən keçir 45+1. Flavinyo daha bir əla qol epizodunu əldən verir Birinci hissə başa çatdı İkinci hissə başladı 46. Cavid Hüseynovun əvəzində meydana Cavid İmamverdiyev çıxır 50. Meydan sahiblərinin yerinə yetirdiyi cərimə zərbəsi zamanı top qapıçını da keçdi, amma son anda Ramal mərmini qapı xəttindən çıxardı 52. Anar Nəzirov ardıcıl iki epizodda komandasını qoldan xilas edir 54. Denis Silvanın zərbəsini Nəzirov tutur 57. C.İmamverdiyevin zərbəsi qapının üstündən keçir 58. D.Silva da sarı vərəqə alan futbolçuların sırasına qoşulu 59. B.Nasimov sol cinahdan asma zamanı topu tora qovuşdurur. Baş hakim mərkəzi göstərsə də, yan xətt hakimi ilə məsləhətələşdikdən sonra qolu qeydə almır. Nasimov topu qoluyla tora göndərib 61. Flavinyo yaxın məsafədən qapıya düzgün zərbə endirə bilmir 64. Ayxan Abbasov da sarı vərəqə alır 65. Azrər Məmmədovu Akit Tağıyev əvəzləyir 65. Flavinyo yenə yaxın məsafədən topu qapının üstündən vurur 69. Rudison Fereyranın zərbəsini qapıçı turur 69. S.Georgiyevskini Emil Mpenza əvəzləyir 71. R.Fereyra sarı vərəqə alır. 71. R.Fereyra elə o dəqqədə Tuqay Hüseynli ilə əvəzlənir 73. Hafiz Əliyev sarı vərəqə alır və "Turan"ın qapısına təhlükəli nöqtədən cərimə zərbəsi təyin olunur 73. R.Abdullayevin zərbəsini Nəzirov tutur 77. Anar Nəzirov qapısını "Neftçi" üçün alınmaz qalaya çevirib 80. Flavinyo daha bir əlverişli vəziyyəti boşa verir 85. R.Abdullayevin zərbəsini Nəzirov tutur 87. Nasimov qapıçıyla mübarizədən məğlub ayrılır 89. Mpenzanın zərbəsi qapıdan aralı keçir 90. Künc zərbəsi zamanı Nasimov qarışıqlıqdan yararlanıb topu qapıdan keçirir - 1:0 90+4. Flavinyonun əvəzində meydana Fərid Quliyev çıxır Matç başa çatdı Qeyd edək ki, turun iki oyunu dünən keçirilmişdi: Qarabağ – Bakı - 2:1, Xəzər Lənkəran - Kəpəz - 1:0. Qalan iki matç isə sabah keçiriləcək: Sumqayıt Şəhər – AZAL, Rəvan – İnter. 1. Xəzər Lənkəran 11 8 2 1 17-7 26
2. Neftçi 11 7 1 3 16-9 22
3. Qarabağ 11 0 6 2 3 15-10 20
4. İnter 10 5 3 2 8-6 18
5. Bakı 11 4 4 3 12-10 16
6. Qəbələ 11 4 3 4 12-13 15
7. Rəvan 10 3 4 3 13-13 13
8. Kəpəz 11 3 3 5 15-17 12
9. Simurq 11 3 2 5 9-12 11
10. Turan 11 3 1 7 8-14 10
11. AZAL 10 2 4 4 11-14 10
12. Sumqayıt Şəhər 10 0 3 7 3-14 3 Bombardirlər: 5 - Sergey Artyux (Turan). 4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ).
7GUN.AZ
|