“RAMİL DİNİYEV “NEFTÇİ”YƏ KÖMƏK YOX, BİABIR ETDİ”

Şrift : |
Tarix :22-11-2011, 11:46
Bölmə : İdman
Kömək :    
Baxılıb : 273 dəfə
Like :
Like :

    “Baş hakim Ramil Diniyev “Qəbələ” - “Neftçi” matçının sonlarında meydan sahiblərinin qapısına penalti təyin etməklə, səhvə yol verib.

    Bunu Peşəkar Futbol Liqasının kameraları dəqiqliklə qeydə alıb”. Bunu Lent.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

    Musayev bildirib ki, bu gün Unibank Premyer Liqasının XIII tur qarşılaşmasını idarə etmiş Ramil Diniyev, matçın hakim-inspektoru və müvafiq komitənin sədri Gülağa Cabbarov, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, eləcə də PFL-in texniki idman şöbəsinin müdiri Məlik Həsənovun iştirakı ilə iclas keçirib: “Mən Diniyevdən soruşdum ki, niyə yanlış penalti vermisən? Cavabında “Həmin vaxt tutduğum mövqedən epizodu belə gördüm” söylədi. Mən də “Niyə “Qəbələ”nin 3 xalını əlindən alırsan?” soruşdum. Yəni, Diniyev mövqeyini düzgün tutmadığı üçün düzgün qərar qəbul edə bilməyib. Səhvə yol verib, cəzasını isə Hakimlər Komitəsi verəcək. Mənim səhvə yol verən hakimləri çempionatda oyun idarə etməməyə buraxmamaq ixtiyarım var. Amma bəlkə Hakimlər Komitəsi elə cəza verir ki, heç mənim əlavə tədbirimə ehtiyac qalmır?”

    PFL prezidenti Diniyevin “Neftçi”yə kömək etməsi fikri ilə razılaşmayıb: “Özüm yas mərasimində olduğum üçün oyunu canlı izləyə bilməmişəm. Videoyazıya baxarkən, görürəm ki, 9-cu dəqiqədə top “Qəbələ”nin oyunçusunun əlinə dəyir, amma baş hakim “Neftçi”nin təmiz penaltisini təyin etmir. Əsas vaxta əlavə olunan dəqiqələrdə isə səhvən penalti təyin edir. Yəni, Diniyev “Neftçi”yə kömək etməyib. Əksinə, “Neftçi”ni biabır edib. Mən yenə “Neftçi”də işləsəydim, bu barədə AFFA-ya şikayət məktubu yazardım”.

    Qeyd edək ki, “Qəbələ” – “Neftçi” matçı meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 1:0. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə baş hakim Ramil Diniyev “Neftçi”nin oyunçusunun simulyasiyasını penalti kimi dəyərləndirib. Lakin qonaqların hücumçusu Fərid Quliyev bu imkandan yararlana bilməyib. Oyundan sonra yerli azarkeşlər Diniyevin üzərinə hücum ediblər. Baş hakimi polislər çətinliklə qurtarıblar.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ Şabranda 13 yaşlı qız özünü asdı

23.05.2012 ~ “Əl-Qaidə” ABŞ-a qarşı “elektron cihad”a başlayır

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31