 |
Şrift : |
|
 |
Tarix : | 22-11-2011, 18:54 |
Bölmə : |
İdman |
Kömək : |
|
Baxılıb :
| 267 dəfə |
Like : |
|
Like : |
|
|
Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində səfərdə "Milan"la qarşılaşacaq "Barselona" klubu daha bir ciddi itki ilə üzləşib.
Komandanın aparıcı futbolçusu Andres İnyesta "Milan"a qarşı forma geyinə bilməyəcək.
Buna səbəb isə İnyestanın zədəsini tam sağaltmamasıdır. Bunu nəzərə alan "Barselona"nın baş məşqçisi Pep Qvardiola İnyestanı Milana aparmayıb. Lakin İnyesta ilə yanaşı, Daniel Alveş, Adriano və Affelay da "Milan"la oyunu buraxmalı olacaqlar.
Qeyd edək ki, sabah keçiriləcək "Milan" - "Barselona" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
|