FİFA bu gün milli komandaların noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Komandamız bu dəfə 4 pillə irəliləyərək 113-cü yerə qalxıb.
Qeyd edək ki, komandamızın reytinqdə irəliləməsində Albaniya millisiylə yoxlama oyunundakı qələbə rol oynayıb.
Cədvələ isə əvvəlkitək İspaniya başçılıq edir. Hollandiya ikinci, Almaniya isə üçüncü pillədədir.
DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibləri olan Portuqaliya 7-ci, Rusiya 12-ci, İsrail 37-ci, Şimali İrlandiya 89-cu, Lüksemburq isə 127-ci yeri tutur.