"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Şrift : |
Tarix :14-01-2019, 02:37
Bölmə : Video / aktual
Kömək :    
Baxılıb : 154 dəfə
Like :
Like :

    Masallı rayon sakini Rzayev Əlirza İmanverdi oğlu 2015-ci ildə "Meqa Siti Holdinq" MMC-in Bakı şəhəri Yeni Yasamal massivi Talıblı küçəsində inşa etdiyi 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 50 kvadrat metrdən ibarət olan 1 otaqlı mənzilə görə 5 may 2015-ci ildə 30 min 500 manat nağd pul ödəmişdir. Lakin həmin mənzilə görə Yasamal rayon sakini Səlimov Firuddin Müzəffər oğlu da 25 iyun 2014-cü ildə 20 min 100 ABŞ dolları məbləğində pul ödəyib. Hər iki şəxsə "Meqa Siti Holdinq" MMC müvafiq maliyyə ödənişi arayışı verib. 2017-ci ildə Əlirza Rzayev tikilib istifadəyə verilmiş binada mənzilinə sahib çıxmaq üçün "Meqa Siti Holdinq" MMC-in rəhbərliyinə müraciət edib. Məlum olub ki, "qızın iki adaxlısı var" və Əlirza Rzayevə verilən arayışda mənzilin nömrəsi göstərilməyib. Əlirza Rzayev Yasamal rayon Məhkəməsinə müraciət edərək mülki hüquqlarının qorunmasını xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin hakimi Ayaz Məmmədovun 11 avqust 2017-ci il tarixli qəbul etdiyi qərara əsasən Əlirza Rzayevin mülki hüquqlarının bərpa edilməsi və ona dəyən maddi ziyanın "Meqa Siti Holdinq" MMC tərəfindən ödənilməsi nəzərdə tutulmuş, qərarın icrası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə olunmuşdur. Hal-hazıra kimi Əlirza Rzayevin hüquları bərpa olunmamış və ona dəyən maddi ziyan ödənilməmişdir.

    Qeyd etmək lazımdır ki, adı çəkilən holdinq yüzlərlə vətəndaşı aldadaraq əmlaklarını mənimsəyib. Vətəndaşların müraciətlərindən sonra holdinqin direktoru Məmmədov Elnur Adil oğlu barəsində Baş Prokurorluğ yanında Korrupsiyaya qarşı baş mübarizə idarəsində açılmış cinayət işinin istintaqı aparılır.

    İctimayəti narahat edən maliyyə fırıldaqları zəmində fəaliyyət göstərmiş "Meqa Siti Holdinq" MMC-in əsl sahibi kimdir? Dövlət orqanlarının nəzarətindən kənar alqı-satqı aparmaq imkanı olan hər hansı bir şəxsin biznes fəaliyyəti yüksək vəzifəli şəxslərin himayəsi altında həyata keçirilir. Heç şübhəsiz ki, bu holdinqin maliyyə fırıldaqlarının arxasında Dövlətin yüksək vəzifəli məmurları dayanır. Nəticədə yüzlərlə sadə vətəndaş maliyyə fırıldaqlarınıb qurbanına çevriliblər.

    7GUN.az olaraq "Meqa Siti Holdinq" MMC-in əsl sahiblərinin aşkara çıxarılmasını və ictimaiyyətə məlumat verilməsini gözləyirik.
    Mövzu ictimai və sosial əhəmiyyətə malik olduğuna görə araşdırmalarımızı davam etdirəcəyik.



Xəbər lenti

Biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq

“Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”

“Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib

Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır

Bərdə polisləri ilə maşın oğrusunu nə bağlayır?

Beyləqanın icra başçısından absurd asfalt fırıldağı

Harlem Dezirdən Azərbaycan hakimiyyətinə çağırış

Kollecdə “hökumət dəyişikliyi”

Pirallahı rayonunda problemlər

Enerji içkiləri hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olur

Mingəçevirdə bağçaların mövcud vəziyyəti

Araşdırmalarımız davam edir

Müşfiq Rəhimov məhkəməyə hörmətsizlik edir

Hava pisləşəcək, sulu qar yağacaq

Milli Şura fevralın 23-nə mitinq təyin etdi

Ölkə prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib

Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”! -VİDEO

Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu ?

Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır

Ağsu rayonunda əhali su əvəzinə qaz içir?

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!