Qəriblər kənd orta məktəbin gizlinləri

Şrift : |
Tarix :13-02-2019, 20:15
Bölmə : Video / Bölgə
Kömək :    
Baxılıb : 91 dəfə
Like :
Like :

    Ölkənin ümumtəhsil orta məktəblərində şagirdlərin normal təhsil almalarında çoxlu problemlərin mövcudluğu hər kəsə məlumdur. Bəzi məktəblərdə təhsilə olan biganə münasibət izaholunmaz həddə çatıb.

    Masallı rayonunun Qəriblər kənd orta məktəbindəki acınacaqlı vəziyyət barədə adlarının açıqlanmasını istəməyən kənd sakinlərinin verdiyi məlumatlarına görə Əliyev Şərafət Cankişi oğlu 10 ilə yaxındır ki, məktəbin direktoru olmasına baxmayaraq, onun direktor olduğu müddətdə dərslərin tədrisi, şagirdlərin dərslərə davamiyyəti çox aşağı səviyyəyə düşmüşdür. Bu hal isə kənd sakinlərinin ciddi narazılığına və narahatlığına səbəb olub. Şərafət Əliyev yaxın ətrafında olan müəllimlərə əlavə dərs saatlarının yazılmasından ötrü saxtakarlıq edərək siniflərin sayını artırır. Hətta dərslərdə iştirak etməyən qonşu kəndlərdə yaşayan uşaqların adlarını davamiyyət jurnallarına yazır. Formal olaraq artırılan siniflərə görə dövlət büdcəsindən əmək haqqı ayrılır. Şagirdlərin dərslərə davamiyyəti gündəlik olaraq 30-40 faiz təşkil edir. Adları məktəbin sinif jurnallarında qeydiyyatda olan bəzi şagirdlər ailələri ilə birlikdə Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, həmçinin xarici ölkələrdə yaşayırlar.

    Bundan başqa, məktəbin cari təmiri və inventarların alınması üçün büdcədən ayrılan vəsait təyinatı üzrə xərclənmir. Müəllimlərin əmək haqlarından hər ay 10 manat tutulur.

    Şərafət Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yaxın qohumlarını məktəbdə müxtəlif vəzifələrə işə qəbul edib. Həmin şəxslər isə adlarına aylıq əmək haqqları yazılmasına baxmayaraq, işə çıxmırlar.

    Şərafət Əliyevin oğlu Fürsənd Əliyev atasın direktor olduğu məktəbdə fizika müəllimi olsa da, lakin o ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və fərdi qaydada abituriyent hazırlığı ilə məşğuldur.

    Şərafət Əliyevin bacısı oğlu sobaçı, gəlini müəllimə və həyat yoldaşı xadimə olaraq işə çıxmadıqları halda əmək haqqı alırlar.

    Kənd sakinlərinin sözlərinə görə vaxtılə Qəriblər kənd orta məktəbin balansında olan stadion ərazisinin qanunsuz satılması da məhz Şərafət Əliyevin xeyir-duası ilə reallaşmışdır.

    Masallı rayon Təhsil Şöbəsinin müdiri Əkbərov Tariyel İntiqam oğlu Qəriblər kənd orta məktəbin direktoru Şərafət Əliyevlə yaxınlığına görə onun qanunsuz əməllərinə göz yumur.

    Qəriblər kənd sakinlərinin məktəbdəki vəziyyət və direktor Şərafət Əliyevin qanunsuz əməlləri barədə verdikləri məlumatların doğruluğunu Təhsil Nazirliyinin və digər dövlət orqanlarının müvafuq araşdırmaları nəticəsində müəyyən etmək olar.

    7GUN.az qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.


Xəbər lenti

Biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq

“Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”

“Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib

Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır

Bərdə polisləri ilə maşın oğrusunu nə bağlayır?

Beyləqanın icra başçısından absurd asfalt fırıldağı

Harlem Dezirdən Azərbaycan hakimiyyətinə çağırış

Kollecdə “hökumət dəyişikliyi”

Pirallahı rayonunda problemlər

Enerji içkiləri hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olur

Mingəçevirdə bağçaların mövcud vəziyyəti

Araşdırmalarımız davam edir

Müşfiq Rəhimov məhkəməyə hörmətsizlik edir

Hava pisləşəcək, sulu qar yağacaq

Milli Şura fevralın 23-nə mitinq təyin etdi

Ölkə prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib

Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”! -VİDEO

Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu ?

Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır

Ağsu rayonunda əhali su əvəzinə qaz içir?

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!