Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Şrift : |
Tarix :16-02-2019, 02:42
Bölmə : Video / Bölgə
Kömək :    
Baxılıb : 131 dəfə
Like :
Like :

    Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, başda özü olmaqla bütün məmurlar xalqa xidmət etməlidirlər.

    Ağstafa sakinlərinin sözlərinə görə Məhərrəm Quliyev icra başçısı təyin olunduqdan sonra idarə və müəssisə rəhbərlərindən, iş adamlarından alınan aylıq rüşvətin məbləği bir neçə dəfə artırılmışdır.

    Məhz buna görə də rayonun bütün idarə, müəssisə və təşkilatlarında rüşvət alma adiləşib. Dövlət büdcəsindən maliyyələşən bütün təşkilatlarda korrupsiya elementləri mövcuddur.

    Ağstafa rayonunun abadlıq-quruculuq işləri üçün büdcəsindən ayrılan vəsaitlərin çox hissəsi Məhərrəm Quliyevin şəxsi təşəbbüsü ilə təyınatı üzrə xərclənmir və mənimsənilir.

    Hər yerdə olduğu kimi Ağstafa rayonunda da əhalinin yaşayışı dözülməzdir. İnsanlar sözün əsl mənasında yaşamaq uğrunda mübarizə aparırlar. Gündəlik ehtiyaclar məngənəsində sıxılan rayon sakinlərinə dövlət orqanları heç bir kömək göstərmir. İnsanlar sağlamlıqlarını qoruya bilmir. Xəstəliklərdən əziyyət çəkən adamların çoxunun müayinə və müalicə olunmağa, dərman almağa belə pulları yoxdur.

    Əmək qabliyyətli insanların böyük əksəriyyəti təsadüfi qazanclara ümid edirlər. Xüsusilə, gənclər ağır həyat şəraitinin təsirindən psixoloji sarsıntılar keçirirlər. Əhalinin sosial müdafiəsinə yerli icra hakimiyyəti tərəfindən təminat yoxdur.

    Rayonun təhsil sistemi bərbad vəziyyətdədir. Əsaslı və cari təmirlər üçün, zəruri inventarların alınmasından ötrü büdcədən ayrılan vəsaitlər mənimsənildiyinə görə bir çox məktəblər baxımsız qalıb. Normal tədris və intizam olmadığından, laqeyidlikdən şagirdlərin dərsə davamiyyəti acınacaqlı duruma düşmüşdür. Əhalinin böyük əksəriyyətinin yoxsulluq həddində yaşaması və ehtiyaclar məngənəsində sıxılması valideyinlərdə və şagirdlərdə təhsilə olan inamı zəiflətmişdir.

    Ağstafa rayonunun səhiyyə və mədəniyyət müəssisələrində də dözülməz vəziyyət hökm sürür. Ölkədə əhalinin sosial problemlərinin arzuolunmaz səviyyəyə qalxdığı hamıya məlumdur. Lakin Məhərrəm Quliyev şəxsi çıxarlarına görə Ağstafa rayonunda sosial böhran şəraiti yaradır. Sakinlər onun qanunsuz əməllərindən beziblər. Ali dövlət orqanlarına göndərilən minlərlə şikayət və müraciətlər cavabsız qalır. Görünür Məhərrəm Quliyev toxunulmazlıq statusuna malikdir. Ağstafa sakinləri deyirlər ki, qapılarda saxlanılan itin də sahibi var. Korrupsiyaya qurşanmış Məhərrəm Quliyevin isə cinayət xarakterli əməllərini araşdırıb tədbir görən yoxdur.

    Sözardı: Rayon sakinlərinin bildirdiyinə görə Məhərrəm Quliyevi Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilati məsələlər üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev himayə edir.

    7GUN.az Agstafa rayonundakı ictimai-siyasi və sosial vəziyyətlə bağlı daha ilginc faktları təqdim edəcək.

    Vidadi Sultan


Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!