Mingəçevirdə bağçaların mövcud vəziyyəti

Şrift : |
Tarix :20-02-2019, 01:02
Bölmə : Video / Bölgə
Kömək :    
Baxılıb : 163 dəfə
Like :
Like :

    7GUN.az 17 fevral 2019-cu il tarixdə ölkədəki körpələr evi-uşaq bağçaları barədə məqalə dərc edərək, onların maddi-texniki bazasının yaxşılaşdırılmasından ötrü dövlət büdcəcəsindən ayrılan vəsaitlərin çox hissəsinin təyinatı üzrə xərclənməyərək mənimsənilməsi və bunun nəticəsində uşaq bağçalarında acınacaqlı vəziyyət yaranması barədə məlumat vermişdi. Məqalədə bir sıra rayonların uşaq bağçaları-körpələr evində daha ağır durumun mövcudluğunu göstərmişdik. Mingəçevir şəhərində fəaliyyət göstərən körpələr evi-uşaq bağçaları bu qəbildəndir.

    Əldə etdiyimiz məlumatlara görə Mingəçevir şəhərində 1 nömrəli “Lalə” körpələr evi-uşaq bağçası, 2 nömrəli “Bənövşə” körpələr evi-uşaq bağçası, 3 nömrəli “Gülüstan” körpələr evi-uşaq bağçası, 4 nömrəli “Göyərçin” körpələr evi-uşaq bağçası, 5 nömrəli “Arzu” körpələr evi-uşaq bağçası və digər bağçalarda körpələrin və uşaqların ərzaqla və yatacaq dəstləri ilə təminatı sahəsində ciddi qüsurlar vardır. Körpələr evi-uşaq bağçalarında uşaqların real sayı ilə sənədlərdə göstərilənlər arasında əsaslı fərq meydana çıxır. Qondarma siyahılar büdcədən mənimsənilən vəsaitləri ört-basdır etmək üçündür. Körpələr evi-uşaq bağçalarında anti-sanitar mühit var, zəruri olan cari təmir işləri üçün ayrılan vəsaitlərdən də tam istifadə edilməmişdir. Bəzi məlumatlara görə Mingəçevir şəhərinin körpələr evi-uşaq bağçalarında bir çox hallarda tərbiyəçi-müəllimələrin əvəzinə heç bir ixtisası olmayan şəxslər işləyir. Təbii ki, bu hal uşaqların təlim-tərbiyəsində arzuolunmaz nəticələr verə bilər.

    Mingəçevir şəhər rəhbərliyinin körpələr evi-uşaq bağçalarında yaşanan acınacaqlı vəziyyətdən xəbəri vardır. Lakin dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi prosesində İcra Hakimiyyəti Başçısı aparatının səlahiyyətli nümayəndələri iştirak etdiklərinə görə həmin körpələr evi-uşaq bağçalarının müdiriyyətlərinin qanunsuz əməlləri barədə heç bir tədbir görülmür.

    Növbəti saylarımızda Mingəçevir şəhər körpələr evi-uşaq bağçalarında rəsmi sənədlər üzrə uşaqların sayları və gündəlik davamiyyəti, uşaqlara verilən ərzaqların normativ göstəricilərə və standartlara uyğunluğu, texniki-inventar sisteminin vəziyyəti və digər məsələlər barəsindədə 7GUN.az araşdırmalarını davam etdirəcək və nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcək.



Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!