"Vergi cəlladı”nın adamı Zaqatala Ərazi Vergilər İdarəsinə necə rəis təyin olunub? - Pərvin Əhmədovun qaranlıq keçmişi

Şrift : |
Tarix :21-09-2019, 00:46
Bölmə : Video / Bölgə
Kömək :    
Baxılıb : 234 dəfə
Like :
Like :

    Ötən ay 13 saylı Zaqatala Ərazi Vergilər İdarəsinə rəis təyin olunan Pərvin Əhmədovun “karyera yüksəlişi”nin bəzi pərdəarxası məqamları üzə çıxıb.

    Vergilər naziri Mikayıl Cabbarovun təqribən ay əvvəl imzaladığı əmrlə 13 saylı Zaqatala Ərazi Vergilər İdarəsinin rəhbərliyinə gətirilən Pərvin Əhmədovun bu irəliləyişi onun himayədarlarının vergi sistemində güc və təsir imkanlarını hələ də qoruyub saxladıqlarını birbaşa təsdiqləyir. 

    7GUN.az xəbər verir ki, AzFakt.com-a daxil olan məlumata görə, Pərvin Əhmədov bu təyinatına görə ilk növbədə adı “MTN işi”ndə hallanan, ləğv edilmiş həmin nazirliyin sabiq rəhbəri Eldar Mahmudovun “vergi cəlladı” kimi tanınan Vidadi Məmmədova, o cümlədən, vergilər nazirinin müavini İlkin Vəliyevə minnətdar olmalıdır. 

    V. Məmmədovun kadrı olaraq, onun əlini hər zaman kürəyində hiss edən yeni rəis eyni qaydada Vəliyevin də birmənalı himayəsi altındadır. Hər halda, bu şəxslərin dəstəyi olmasaydı, fəaliyyəti dövründə yol verdiyi qanunsuzluqlar üzündən reputasiyasıni büsbütün korlayan, hətta “ümumi daxıl”dan vəsait yayındırdığına görə cəzalandırıldığı deyilən Pərvin Əhmədovun o vəzifəyə təyinatı baş tutmazdı. 

    Pərvin Əhmədov adları çəkilən şəxslərin sayəsində sadəcə, vəzifə pillələrində irəliləməklə kifayətlənməyərək, özünə yetərincə geniş biznes şəbəkəsi qurmağa da nail olub. “Malakan” bağında yerləşən “Bogner” brend mağazasının sahibi olduğu bildirilən P. Əhmədov Almaniya ilə irihəcmli ticarət əlaqələri quraraq, sərvətini günbəgün artırmaqdadır. Şübhə yoxdur ki, o, bu “missiya”sını yeni təyin olunduğu vəzifədə də davam etdirəcək. 

    Amma burada olduqca müəmmalı bir məsələyə toxunmamaq mümkün deyil. Adı Eldar Mahmudovun cinayətlərində hallanan “vergi cəlladı”nın himayə etdiyi şəxs sözügedən sistemdə kifayət qədər yüksək vəzifəyə necə təyin olunub? Tamam, bu məsələdə onu verilən dəstəyi yuxarıda vurğuladıq. 

    Lakin maraqlıdır, Vergilər Nazirliyində tətbiq olunmuş kadr təyinatı üzrə “filtr” bu qədərmi təsirsizdir ki, kirli reputasiyaya malik olan birisi rahatlıqla İdarə rəisi vəzifəsinə yerləşdirilə bilir? Digər tərəfdən, vergi sistemində müsbət dəyişikliklərin müşahidə olunduğu bir dönəmdə iş bioqrafiyasında müsbət detal olmayan belə bir adamın o vəzifəyə irəli çəkilməsi absurddan başqa bir şey deyil. 

    Ancaq bütün hallarda qoyulmuş sual öz aktuallığını saxlayır: Pərvin Əhmədov hansı məntiqlə o posta gətirilib? 


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!