Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Şrift : |
Tarix :14-10-2019, 01:45
Bölmə : Video / Bölgə
Kömək :    
Baxılıb : 382 dəfə
Like :
Like :

    Yarıtmaz idarəetmə sisteminin başında mövcud hakimiyyət dayanır.

    Hakimiyyətin yalnız tamah və dövlət büdcəsindən oğurlamaq üçün vəzifələrə gətirdiyi talançı məmur sürüsünün xalqa etdikləri zülm əndazəyə sığmır və onlardan hər hansı bir hesabat sorulmur. Məhz bunun nəticəsidir ki, ölkədə məmur özbaşınalıqları tüğyan edir. Hüquqları tapdanan, imdad səsləri bölgələrdən uzağa getməyən sadə, zəhmətkeş insanların ömürləri ağır qayğılar və ehtiyaclar içində yaşanır. Xüsusilə, icra hakimiyyətləri başçıları və onların himayəsində olan məmurlar, bələdiyyə sədrləri ağılasığmaz əməl və hərəkətlərə qurşanıblar. Hüquq mühafizə orqanları isə vətəndaşların ərizə və şikayətlərinə düzgün baxmamaqla yanaşı, onlara hüquqi qiymət vermir. Rüşvət və korrupsiya maraqları səviyyəsində idarə olunan dövlət orqanları, idarə, müsəssisə və təşkilatlar əhaliyə qarşı sanki elan olunmamış müharibə aparırlar. Qeyd edək ki, yarıtmaz idarəetmə sisteminin başında mövcud hakimiyyət dayanır. Belə olmasaydı Prezident Administrasiyasına və digər dövlət orqanlarına vətəndaşlar tərəfindən göndərilən minlərlə ərizə və şikayətlərə saymazyana münasibət göstərilməzdi. Masallı rayonu da əhalinin hüquq və azadlıqlarının pozulmasına görə ön sıralarda dayanır.

    2012-ci ildə Masallı rayon icra Hakimiyyəti Başçısı vəzifəsinə təyin olunan Rafil Hüseynovun fəaliyyəti əhalinin sosial və iqtisadi problemlərinin ağırlaşmasında, həmçinin insanların hüquq və azadlıqlarının kobudcasına pozulmasında xüsusi rol oynamışdır. 7GUN.az Rafil Hüseynovun idarəçiliyinin törətdiyi ağır fəsadlar barədə dəfələrlə məlumatlar vermişdir. Təssüflər olsun ki, Prezident Adminstrasiyası 200.000 (iki yüz) mindən çox əhalisi olan bir rayonun taleyini Rafil Hüseynova tapşırmış və o da cəzasızlıq mühitində zərərli fəaliyyətini davam etdirir. Rayon sakinlərindən əldə etdiyimiz məlumatlara görə Rafil Hüseynovun himayəsi altında olan ərazi icra nümayəndələri və 2015-ci ildə onun göstərişi ilə təyin olunmuş bələdiyyə sədrləri mümkün olan və olmayan cinayət xarakterli əməl və hərəkətlərlə məşğuldurlar. Onların cinayət xarakterli əməl və hərəkətləri barədə müvafiq dövlət orqanlarına edilən müraciətlər Rafil Hüseynovun göstərdiyi “qayğı” sayəsində ört-basdır edilir. Eyni zamanda bildirilir ki, Rafil Hüseynovu da Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev himayə edir.

    Rayonun, xüsusilə, Ərkivan qəsəbəsində və Qəriblər kəndində ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin saxtalaşdırılmış sənədlər əsasında torpaq alqı-satqısı etmələri, Viləş Su Anbarının və Viləş çayının qorunma zolağının torpağını, qum-çınqılını baha qiymətlərlə satmaları barədə həmin ərazidə yaşayan insanların təxminən 3 ilə yaxındır ki, müraciət etmədikləri ünvan qalmayıb. Hətta, Ərkivan qəsəbəsində ərazi nümayəndəsi İsrail Tağıyevin və bələdiyyə sədri Anar Rəcəbovun iştirakları ilə həyata keçirilmiş rüşvət və korrupsiya qalmaqalına dair Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır. 7GUN.az olaraq həmin araşdırmanın detalları barədə daha ətraflı məlumat verməyə çalışacağıq.

    Xüsusilə, Qəriblər kənd bələdiyyəsinin sədri Müşfiq Ağayevin kənd stadionunu məhz saxta sənədlərlə ayrı-ayrı şəxslərə həyətyani torpaq sahəsi kimi satması, Viləş Su Anbarının qorunma zolağını dağıtdırıb minlərlə insanın həyatı üçün ekoloji təhlükə yaratması, həmin ərazinin torpağını, qum və çınqılını Ramazan Zeynalova (Hacı Mazan) məxsus karxanaya və digər iş adamlarına satması, həmçinin heç bir qayda-qanuna, etik-əxlaqi normalara riayət etməməsi barədə dövlət orqanlarına sakinlərin etdikləri şikayətlərin qarşısını məhz Rafil Hüseynov alır. Prezident Adminstrasiyası və hüquq-mühafizə orqanları Rafil Hüseynova görə minlərlə rayon sakininin hüquq və azadlıqlarını pozur. Bir rayonun iki kənd ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin törətdikləri cinayət xarakterli əməl və hərəkətlərinə hüquqi qiymət vermək istəməyən hakimiyyət əslində icra başçısı Rafil Hüseynovun timsalında öz mahiyyətini ortaya qoyur. Hesab edirik ki, hakimiyyət Masallı rayonunda Rafil Hüseynovun və himayə etdiyi vəzifəli şəxslərin törətdikləri qanunsuz əməl və hərəkətlərə görə birbaşa məsuliyyət daşıyır. Hakimiyyətin Qanunlara riayət etməməsi nəticəsində ölkənin hər yerində olduğu kimi Masallı rayonunda da dərəbəylik hökum sürür.

    Qeyd edək ki, məqalə ictimaiyyətdən əldə edilən məlumatlar əsasında yazılıb.

    Arşdırmalarımızı davam etdirəcəyik.

    Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

    7GUN.az-ın araşdırma qrupu.

    Masallının bəxtinə çıxan bəla





Xəbər lenti

Azərbaycanlı siyasi mühacirlər saxlanılıb  -Almaniyada

Rüxsarə Əliyeva təhsil ocağını bazara çevirib?!

Ali Məhkəmə jurnalistin barəsində qərarı qüvvədə saxladı

Oqtay Gülalıyevin vəziyyəti ağırlaşıb

Oktay bəylə bağlı daha bir problem... -SOS

Nasir Əliyev: Oqtay Gülalıyev mənim gözümlə

Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR

Arif Hacılı sərbəst buraxılıb

Bu necə başçıdır, bu necə abadlıq aparmaqdır?

İlham Əliyev : “Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər"

Qondarma məhkəmə oyunları davam edir

Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirilir

"İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox" -Nigar Həzi

"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur

Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

"Haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik" -Elşən Əlisoy

Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər" -Firuzə Gülalıyeva

Azərbaycanda İnternet qeyri-azaddır -Freedom House

Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!