 |
Şrift : |
|
 |
Tarix : | 4-01-2012, 15:56 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 166 dəfə |
Like : |
|
Like : |
|
|
"Nur" adlı "yer-yer" tipli raketin sınağı uğurla baş tutub
İran bu gün ikinci uzaq mənzilli raketi sınaqdan keçirib. İranın rəsmi kütləvi informasiya vasitələrinin məlumatına görə, "Nur" adlı "yer-yer" tipli raketin sınağı uğurla baş tutub.
Qeyd edək ki, İran bu gün Fars körfəzində hərbi-dəniz qüvvələrinin təlimləri çərçivəsində daha bir uzaq radiuslu raket sınaqdan keçirmişdi. İranın hərbi-dəniz qüvvələrinin baş komandanının müavini Mahmud Musəvinin verdiyi məlumata görə, "Qadir" adlı "quru-dəniz" raketinin sınağı uğurla baş tutub. Sınaq zamanı Fars körfəzindəki hədəflər uğurla vurulub. Bundan başqa, ötən gün radar əleyhinə orta radiuslu yer-hava tipli "Mehrab" raketi sınaqdan keçirilmişdi.
Xatırladaq ki, İranın hərbi-dəniz qüvvələri dekabrın 24-də Hörmüz boğazında "Vilayət -90" adı altında 10 günlük təlimlərə başlayıb. Manevrlər zonası Hörmüz boğazından Oman körfəzinədək olan beynəlxalq sularda 2 min kvadrat kilometr ərazini əhatə edir. Təlimlər Qərb və Tehran arasında İranın nüvə fəaliyyəti ilə bağlı gərginliyin artdığı bir vaxtda keçirilir. Qərb ölkələrinin İranın neft və maliyyə sektorlarına növbəti sanksiyaların tətbiqini planlaşdırdığı ilə bağlı məlumatlara Tehran qəzəblə cavab verib. İran Fars körfəzini və onun ətrafındakı neft hasil edən ölkələri Hind okeanı ilə əlaqələndirən Hörmüz boğazını bağlayacağı ilə hədələyb. Qeyd edək ki, dünyanın neft ixracının 20 faizi bu boğaz vasitəsilə həyata keçirilir.
|