 |
Şrift : |
|
 |
Tarix : | 9-01-2012, 18:05 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 175 dəfə |
Like : |
|
Like : |
|
|
Əl-Mahmudiyyə şəhərində partlayıcının işə düşməsi nəticəsində 3 nəfərin öldüyü, 23 nəfərin isə yaralandığı bildirilir.
İraqda şiə müsəlmanlarına qarşı növbəti terror aktı törədilib. Paytaxt Bağdadın 30 kilometr cənubunda yerləşən Əl-Mahmudiyyə şəhərində yol kənarına yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində 3 nəfərin öldüyü, 23 nəfərin isə yaralandığı bildirilir. Ölən və yaralananların Kərbala şəhərinə ziyarətə gedən zəvvarlar olduğu bildirilir.
Onlar insident anında yolda piyada hərəkət edirmişlər. Şiələrə qarşı daha bir terror aktı isə Bakubə şəhərində baş verib. Burada da zəvvarların avtomobilinə yerləşdirilmiş partlayıcının partlaması nəticəsində 1 nəfər ölüb 3 nəfər yaralanıb. Son iki gündə isə İraqda baş vermiş terror aktlarında 80 nəfər şiə müsəlmanlarının öldürüldüyü, 100-dən çox insanın isə yaralandığı bildirilir.
Qeyd edək ki, bu günlərdə minlərlə şiə zəvvar İmam Hüseynin öldürülməsi ilə əlaqədar dini mərasimlərdə iştrak etmək üçün Kərbəla şəhərini ziyarət edir.
|