 |
Şrift : |
|
 |
Tarix : | 11-01-2012, 14:13 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 156 dəfə |
Like : |
|
Like : |
|
|
Ticarətçilər onların istədiyi məbləği yığıb versələr də, otaq açılmayıb.
Bu qalmaqallı hadisə Rusiyanın paytaxtı Moskva şəhərinin Lefortov bazarında baş verib və bunun sorağı bütün ölkəyə yayılıb.
7GUN.az Rusiya mətbuatına istinadən bildirir ki, hadisə yeni il ərəfəsində baş versə də, bu xəbər indi mətbuata sızıb. İlkin məlumata görə, ötən ilin dekabr ayının sonunda ekstremizmlə mübarizə aparmalı olan bir neçə polis Lefortov bazarına gələrək buradakı namaz otağını yoxlayıblar. Polislər yoxlamadan sonra buranın qanunsuz tikildiyini iddia ediblər.
Polislır ticarətçilərin öz aralarında bir milyon rubl yığaraq verəcəkləri təqdirdə “problemi” yoluna qoyacaqlarına dair söz veriblər. Lefortov bazarında ticarətlə məşğul olan şəxslər öz aralarında 500 min rubl yığaraq onlara veriblər.
Polislər isə pulu götürərək yerdə qalan məbləğin arxasınca bir neçə gündən sonra gələcəklərini bildirərək gediblər. Ancaq ticarətçilər polislərin qayıtmalarını gözləməyərək prokurorluğa şikayət ediblər. Prokurorluqda isə hadisə ilə bağlı cinayət işi qaldırılıb. Namaz otağının yoxlanılmasında iştirak edən polis işçilərinin şəxsiyyəti müəyyənləşdirilib. Onların hər birini günahları sübuta yetiriləcəyi təqdirdə 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
|