 |
Şrift : |
|
 |
Tarix : | 16-01-2012, 16:34 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 166 dəfə |
Like : |
|
Like : |
|
|
Buna görə gənclər hərbi xidmətdən yayınmağa üstünlük verirlər
Ermənistanda orduya payız çağırışı ilin sonuna qədər davam etsə də planı yerinə yetirmək mümkün olmayıb. "AzərTac" Ermənistan KİV-lərinə istinadən məlumat verir ki, Dağlıq Qarabağda vəziyyət daha acınacaqlıdır. İşğal olunmuş Azərbaycan ərazilərində zorla məskunlaşdırılmış erməni gənclər ordu sıralarında xidmətdən boyun qaçırırlar. Bu qondarma qurumun “hərbi komissarlıq”larının əməkdaşları çağırış yaşlı gəncləri hərbi komissarlığa silah altında gətirirlər. "Epress.am” yaydığı xəbərdə deyilir ki, qondarma qurumun qondarma prezidenti Bako Saakyan gənc çağırışçıların iştirakı ilə müşavirə keçirib. Müşavirədə gənclərə vətənpərvərlikdən dən vuran “prezident” çətin suallara cavab vermək məcburiyyətində qalıb. Gənclərdən biri söz alaraq demişdir ki, yoxsulluq vəziyyətində yaşayan ailəsinə kömək göstərmək üçün an ağır işlərdə çalışsa da çörəkpulunu zorla qazanır. Ailəsinin çox çətin vəziyyətdə yaşadığını bildirən gənc “müdafiə naziri” Movses Akopyanın arvadının müxtəlif bahalı avtomobillər sürdüyünü, uşaqlarının isə xaricdə yaşadıqlarını demiş və bunun nə dərəcədə ədalətli olduğunu soruşub. Bu sualdan özünü itirən yalançı prezident müşavirədə iştirak edən “müdafiə nazirinin” üzünə baxıb. O isə müşavirənin ortasında mobil telefonunu qulağına tutub, vacib zəng gəldiyini bəhanə edərək, heç kimdən icazə almadan salonu tərk edib. Onun bu hərəkətinə heç kəs etiraz etməib və “prezident” isə bu sualdan sonra müşavirəni tələsik yekunlaşdırıb. Göründüyü kimi, işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma qurumun dövlət deyilən bir məfhumla heç bir əlaqəsi yoxdur. Buradakı insanları silah gücünə rəsmi Yerevanın siyasi ambisiyaları naminə istismar edirlər. İşğal olunmuş ərazilərdə imkansız və yoxsullar yaşayırlar. İmkanı və əlaqələri olanlar isə çoxdan buranı tərk ediblər. Onlar yaxşı başa düşürlər ki, heç bir dövlətin və beynəlxalq təşkilatın, Ermənistanın özünün belə tanımadığı amorf bir qurumda yaşamağın mənası yoxdur. Gənclər də bu qondarma qurumda yaşamaq və hərbi xidmət keçmək istəmirlər. Digər tərəfdən, ordudakı özbaşınalıq gəncləri hərbi xidmətə getməkdən çəkindirir. Hüquq müdafiəçisi Mikael Danelyan hesab edir ki, ordu generalları ilə hakimiyyət arasında olan korrupsiya və cinayət əlaqələrinə son qoyulmayınca, qətlə yetirilmiş əsgərlərin günahkarları cəzalanmayınca ordunun gücündən danışmaq yersizdir. Əsgərlərin qətli ilə müşahidə edilən bütün hadisələr haqqında cinayət işləri “özünə qəsd” maddəsi ilə başladılıb. Ordu rəhbərliyi elə fikirləşir ki, bununla əsgərlərin öldürülməsi və baş vermiş ağır cinayətləri gizlədə bilər. Lakin araşdırmalar göstərir ki, orduda baş verən qətl hadisələrinin yalnız üçdə biri özünə qəsd olub. Digər hallarda isə əsgərlər ya döyülərək, ya da qanunsuz əmrləri yerinə yetirərək ölüblər. Ordu rəhbərliyi ölüm hallarının ildən-ilə azaldığını bəyan edir. Bunun əksinə olaraq isə orduda ölüm halları hər il daha da artır. Başqa bir hüquq müdafiəçisi Janna Aleksanyan isə qeyd edir ki, ordudakı vəziyyətin düzəlməsi üçün Ermənistan hakimiyyətinin iradəsi olmalıdır. Hazırkı özbaşınalıq və cəzasızlıq mühitində ədalət axtarmaq gülünc və yersizdir. Məlumatlarda o da qeyd olunur ki, qətlə yetirilmiş əsgər analarının ümid yeri olaraq fəaliyyətini davam etdirən J, Aleksanyanın təşkilatı Ermənistan hakimiyyəti tərəfindən ciddi təzyiqlərlə üzləşir.
|