Britaniya İranı müharibə ilə hədələyib

Şrift : |
Tarix :17-01-2012, 10:57
Bölmə : Dünya
Kömək :    
Baxılıb : 181 dəfə
Like :
Like :

    İran neftinə embarqo tətbiqi isə dünyanın bəzi ölkələrinin etirazına səbəb olub

    Avropa İttifaqının və ABŞ-ın İran neftinə qoyduğu embarqoya baxmayaraq Hindistan, Çin, Türkiyə və Pakistan İranla neft ticarətini davam eitdirəcəklərini açıqlayıblar. ABŞ-ın İrandan sonra bu ölkə ilə neft ticarətini dondurmayan Çin kompaniyasına qarşı da anoloji addım atması Pekinin etirazına səbəb olub. Çin Xarici İşlər Nazirliyi bildirir ki, ABŞ-ın İranla ticarəti davam etdirən "Zhuhai Zhenrong Corporation"a qarşı sanksiyaları əsassızdır və BMT Təhlükəsizlik Şurasının İranla bağlı qətnaməsinin mahiyyətinə ziddir. Nazirlik bununla bağlı Vaşinqtona rəsmi etiraz ünvanlanacağını da diqqətə çatdırıb.
    Qeyd edək ki, ABŞ Çinin bu şirkətini İran neftinin ixracına vasitəçilik etməkdə də günahlandırıb.

    Venesuela prezidenti Uqo Çaves daha sərt açıqlama ilə çıxış edib. Venesuelanın dövlət başçısı ABŞ və Avropanın qərarını absurdun kvadratı adlandırıb. Uqo Çaves deyib ki, bu qərar ABŞ-ın Latın Amerikası ölkələrini arxa qapısı hesab etməsi, eləcə də Venesuela, Kuba və Ekvador əhalisinin taleyini idarə etməsi niyyəti kimi absurddur. Amerika imperiyasının son günlərini yaşadığını diqqətə çatdıran Uqo Çaves adıçəkilən dövlətlərin azad ölkələr olduğunu da əlavə edib.

    Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə İranı hərbi əməliyyatlarla hədələyib. Britaniyanın xarici siyasət idarəsinin rəhbəri deyib ki, İranın nüvə silahı istehsalı prosesi getdikcə daha təhlükəli hal alır və bu ölkəyə qarşı hərbi müdaxilə ehtimallar arasındadır. İranın nüvə proqramına dair problemin danışıqlar masasında həllini arzuladıqlarını diqqətə çatdıran Uilyam Heyq müharibə çağırışı etmədiklərini, lakin bütün ehtimalları gündəmdə saxladıqlarını da əlavə edib. İsraillə birgə keçirmək istədiyi hərbi təlimləri təxirə salan ABŞ isə bu ölkədən İrana münasibətdə hərbi yola baş vurmamağı tələb edib.

    Təl-Əvivə səfərə gedən ABŞ Silahlı Qüvvələrinin Qərərgah Rəisləri Komitəsinin sədri Marti Dempsin İsraildə də bu tələbi səsləndirəcəyi gözlənilir. "Wall Street Journal"ın məlumatında deyilir ki, dünyanın əksər ölkələri bu dövlətin İrana qarşı müharibəyə başlayacağı fikrindən hər gün daha artıq ehtiyatlanır. Amerika isə artıq bunun əleyhinə olduğunu bəyan edib.

    İran isə ABŞ-ın Hörmüz boğazı ilə bağlı məktubunu aldığını təsdiqləyib. İran Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəst deyib ki, Birləşmiş Ştatlar məktubu həm İraq prezidenti, həm BMT-dəki daimi nümayəndəsi, həm də İsveçrə səfirliyi vasitəsilə göndərib. Tehran isə Hörmüz boğazının bağlanmasına etiraz ifadə olunan bu məktubu hələlik araşdırır.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ Şabranda 13 yaşlı qız özünü asdı

23.05.2012 ~ “Əl-Qaidə” ABŞ-a qarşı “elektron cihad”a başlayır

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31