 |
Şrift : |
|
 |
Tarix : | 19-01-2012, 12:29 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 187 dəfə |
Like : |
|
Like : |
|
|
“Eurovision-2012″ Mahnı Müsabiqəsində Ermənistanı əvvəllər Bakıda yaşamış, hazırda isə Amerikada yaşayan erməni müğənni Lusia Munun (Babayants) təmsil edə bilər
Hollandiyadakı ermənilərin “Dear Angel” qurumu bununla bağlı elan verib.Elanda deyilir: “Dövlət Televiziyası nəhayət ki, Ermənistanın Bakıda keçiriləcək “Eurovision-2012″ Mahnı Müsabiqəsində iştirakına qərar verdi. Bizim intellektuallığımız qonşularımızın örnəklərini izləməyə imkan verir. Ən yaxşı baykot “Eurovision”da iştirak etməkdir. İlk addım atılıb. İndi isə tək bir şey qalır: bizi müsabiqədə kim təmsil edəcək? Bu səbəbdən Hollandiyada yaşayan ermənilər öz internet saytlarında bununla bağlı çoxlu məlumat yerləşdiriblər. Onlar istəyirlər ki, Ermənistanı əvvəllər Bakıda yaşamış, hazırda isə Amerikada yaşayan erməni müğənni Lusia Mun (Babayants) təmsil etsin. Lusianın Bakıda deyəcək xeyli sözü var”. Erməni müğənni Lusia Mun (Babayats) Los-Ancelesdə yaşayır. Onun sözlərinə görə, ata-babaları əslən Dağlıq Qarabağdandır. Uşaqlıq və yeniyetməlik illərini Bakıda keçirib. Qeyd edək ki, 57-ci “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqədə Ermənistan da daxil olmaqla 43 ölkə iştirak edəcək. “Eurovision-2012″nin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.
|