Embarqonun 1 iyul 2012-ci ildən tətbiq olunacağı bildirilib.
Brüxseldə toplanan AB liderləri İrana neft embarqosu mövzusunda qərara gəlib.Embarqonun 1 iyul 2012-ci ildən tətbiq olunacağı bildirilib.AB maliyə nazirlərin toplantısında İranın nüvə proqramına etirazını bildirən Avropa Birliyi yeni qərar qəbul edib.Bu sanksiyalar çərçivəsində Tehran neftinə və İran mərkəz bankına embarqo qoyulması nəzərdə tutulub.Yunanıstanın nəticəyə gəlməsi və yeni embarqo xəbərləri ilə birlikdə müddətli bazarda neftin qiyməti 2 faizlik dəyər itirib və beləliklə 98 dollardan satılmağa başlayıb