Boy kompleksi olan Sarkoziyə belə bir həddiyənin layiq görüldüyü açıqlanıb
Fransa Senatının qondarma “erməni soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi səbəbilə türkiyəli jurnalist Nikola Sarkoziyə dikdaban ayaqqabı yollayıb. Bartın vilayətindən olan jurnalist Süleyman Karaman Fransa prezidenti üçün məxsusi hazırlatdığı ayaqqabını sahibinə çatdırılması üçün poçta verib. Eyni zamanda Bartın Jurnalistlər birliyinin sədri olan Karaman boy kompleksi olan Sarkoziyə vilayət jurnalistləri adından belə bir həddiyəni layiq gördüklərini açıqlayıb.